Главная > Manset > Ziyafət Əsgərov bu qurumdakı nümayəndə heyətinə rəhbərlik edəcək

Ziyafət Əsgərov bu qurumdakı nümayəndə heyətinə rəhbərlik edəcək


27-04-2020, 16:18. Разместил: azadses
Azərbaycanın NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri bəlli olub.
Bunu Oxu.Az-a Milli Məclisdəki mənbə bildirib.
Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov sözügedən qurumda Azərbaycan nümayəndə heyətinin rəhbəri olacaq.
Lakin nümayəndə heyətinin tam tərkibi açıqlanmayıb. Bildirilib ki, bu, yaxın günlərdə məlum olacaq.
Qeyd edək ki, Z.Əsgərov beşinci çağırış Milli Məclisdə də həmin vəzifəni icra edib.


Вернуться назад