Главная > Manset > Azərbaycan Ordusu S-300-ləri sahəyə çıxardı - VİDEO

Azərbaycan Ordusu S-300-ləri sahəyə çıxardı - VİDEO


13-04-2020, 14:43. Разместил: azadses
Hava hücumundan müdafiə bölmələri hazırlıq məşqlərinə başlayıb
Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına əsasən, hava hücumundan müdafiə bölmələri hazırlıq məşqlərinə başlayıb.
bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. 
S-300 “Favorit” zenit-raket komplekslərinin divizionları normativlərə uyğun olaraq, marş edərək start mövqelərinə yerdəyişmə, ərazinin hazırlanması və maskalanması tapşırıqlarını icra edirlər.
Raket bölmələri vacib obyektlərin hava hücumundan mühafizəsi və şərti düşmənin raket zərbələrinin dəf edilməsi üzrə tapşırıqları da yerinə yetirirlər.
Вернуться назад