Главная > Manset > Şabranda qısqanclıq zəminində baş verən dəhşətli cinayətin TƏFƏRRÜATI
Şabranda qısqanclıq zəminində baş verən dəhşətli cinayətin TƏFƏRRÜATI12-04-2020, 11:40. Разместил: azadses |
Ötən gecə Şabran rayonunun Zeyvə kəndində baş vermiş dəhşətli qətlin təfərrüatları məlum olub. Oxu.Az-ın əldə etdiyi məlumata görə, kənd sakini 1986-cı il təvəllüdlü İslamov Nahid Eynulla oğlu həmkəndliləri -1963-cü il təvəllüdlü Mahmudova İstək Əlyar qızı və onun oğlu 1983-cü il təvəllüdlü Məmmədov Məhəbbət Elman oğlunu güllələyərək qətlə yetirib. Yenicə həbsdən çıxmış N.İsmayılov 11 il əvvəl həyat yoldaşını M.Məmmədova qısqanıb. Qısqanclıq səbəbilə o, əvvəlcə öz həyat yoldaşını qətlə yetirib. Cinayətə görə 11 il həbs cəzası alan N.İsmayılov azadlığa çıxan kimi 11 il əvvəlki qısqanclığa görə daha iki nəfərin həyatına qıyıb. Dünən gecə saatlarında M.Məmmədovun evinə gələrək onunla qapıda mübahisə edib. Daha sonra üstündə gətirdiyi ov tüfəngi ilə M.Məmmədovun əvvəl qarnına, daha sonra başına atəş açıb. Atəş səsinə çölə çıxan M.Məmmədovun anası İ.Mahmudovaya da başından atəş açaraq qətlə yetirib. Hər iki qətl hadisəsi M.Məmmədovun azyaşlı oğlunun gözü qarşısında baş verib. N.İsmayılov gecə saatlarında hüquq mühafizə orqanları tərəfindən saxlanılıb. Faktla bağlı Şabran rayon prokurorluğunda cinayət işi açılıb, istintaq davam etdirilir. Вернуться назад |