Главная > Manset > Prezident: “Pandemiya Azərbaycanda geniş vüsət alarsa, bizdə də çox faciəvi inkişaf dinamikası qaçılmazdır”
Prezident: “Pandemiya Azərbaycanda geniş vüsət alarsa, bizdə də çox faciəvi inkişaf dinamikası qaçılmazdır”31-03-2020, 15:47. Разместил: azadses |
“Bu gündən etibarən qüvvəyə minmiş məhdudlaşdırıcı tədbirlərə hər bir vətəndaş əməl etməlidir. Əminəm ki, əgər insanlar özlərini məsuliyyətli apararlarsa və özünütəcrid qaydalarına əməl edərlərsə, biz bu xəstəliyin geniş yayılmasının qarşısını ala bilərik”. Azadsəs-ın məlumatına görə, bunu Prezident İlham Əliyev İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən deyib. Ölkə başçısı bildirib ki, indi dünyanın müxtəlif yerlərində nələr baş verdiyini yaxşı görürük. “Dünyanın və Avropanın aparıcı ölkələrində, demək olar ki, vəziyyət nəzarətdən çıxır. Ən inkişaf etmiş ölkələrdə hər gün minə yaxın insan vəfat edir. Tibb personalları artıq lazımi xidmət göstərməkdə çətinlik çəkir. Xəstəxanalar doludur, xəstələri dəhlizlərdə yerləşdirirlər. Bir çox insan ona görə ölür ki, onlara vaxtında tibbi xidmət göstərilmir. Buna görə də xəstələrin sayı kəskin artır”, - deyə Prezident əlavə edib. İlham Əliyev söyləyib ki, bütün ölkələrin, o cümlədən, Azərbaycanın səhiyyə sistemi normal şəraitə uyğunlaşdırılır. Prezident pandemiyanın Azərbaycanda genişlənməsi ehtimalından da danışıb. “Əgər pandemiya Azərbaycanda geniş vüsət alarsa, bizdə də çox faciəvi inkişaf dinamikası qaçılmazdır. Buna görə də dövlət tərəfindən qəbul edilmiş bütün qərarlar istisnasız, heç bir güzəştsiz yerinə yetirilməlidir”, - deyən İlham Əliyev vətəndaşları bir daha məsuliyyətə çağırıb, deyib ki, lazım olmayan vaxtlarda küçələrə çıxmasınlar. İlham Əliyev bildirib ki, vətəndaşlar martın 30-da dərc edilmiş və elan edilmiş qaydalara tam əməl etməlidirlər. “Özlərini qorusunlar, öz yaxınlarını qorusunlar, həkimləri qorusunlar. Həkimlər öz həyatlarını risk altına atırlar. Polis işçilərini qorusunlar. Necə ki polis işçiləri onları qoruyur, öz həyatlarını risk altına atırlar”, - deyə Prezident əlavə edib. Qeyd edək ki, koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər müəyyənləşdirilib. Bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb. Məlumatda deyilir ki, infeksiyaının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur. Qeyd olunanlarla əlaqədar insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyət 2020-ci il 31 mart saat 00:00-dan 2020-ci il 20 aprel saat 00:00-dək dayandırılır. Вернуться назад |