Главная > Manset > ABŞ Azərbaycana 1,7 milyon dollar ayırdı - koronavirusa görə

ABŞ Azərbaycana 1,7 milyon dollar ayırdı - koronavirusa görə


28-03-2020, 13:05. Разместил: azadses
Pul laboratoriya sistemlərinin hazırlanması və s. üçün ayırılıb
COVID-19 virusunun yayılması ilə mübarizə üçün ABŞ Dövlət Departamenti və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) Azərbaycana tibbi yardım məqsədilə 1,7 milyon dollar həcmində yardım ayırıb. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Vəsait laboratoriya sistemlərinin hazırlanması, yeni yoluxma hallarının aşkarlanmasında və əsaslı nəzarət işlərinin aparılmasında fəallığın artırılması, həmçinin cavab və hazırlıq üzrə texniki mütəxəssislərə dəstəyin və risk şəraitində kommunikasiya efektivliyinin artırılması məqsədilə ayrılıb.
Açıqlamada qeyd eidlir ki, son 20 ildə ABŞ Azərbaycanda təkcə səhiyyə sahəsinə 41 milyon dollara yaxın, ümumilikdə isə 890 milyon dollardan artıq yardım ayırıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 600 min nəfəri keçib, 27 mindən çox adam isəvirus səbəbi ilə ölüb.




Вернуться назад