Главная > Manset > Daha bir Xalq artisti dünyasını dəyişdi

Daha bir Xalq artisti dünyasını dəyişdi


27-03-2020, 11:54. Разместил: azadses
Rauf Babayev bu gün dəfn ediləcək
Azərbaycan Respublikasının Xalq artisti Rauf Babayev vəfat edib. Müğənni 82 yaşında dünyasını dəyişib.
Rauf Babayevlə vida mərasimi bu gün saat 13:00-də Təzə Pir məscidində olacaq. Mərhum 2-ci Fəxri Xiyabanda dəfn ediləcək.
Rauf Babayev 1937-ci ildə Leninakanda (Gümrü) anadan olub. 1956-cı ildə Bakı Musiqi Texnikumunu, 1962-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1961-ci ildən "Qaya" vokal instrumental qrupunun üzvü olub. 1995–2001-ci illərdə "Bəri bax" vokal qrupunun bədii rəhbəri işləyib. 2001-ci ildən "Qaya" Dövlət Ansamblının bədii rəhbəridir. Bir çox xarici ölkələrdə qastrol səfərində olub.
1978-ci ildə Azərbaycan SSR əməkdar artisti, 2006-cı ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülüb. 2017-ci ildə "Şöhrət" ordeni alıb. /trend/




Вернуться назад