Главная > Manset > Prezident: "... pensiyadan da məhrum olacaqlar"

Prezident: "... pensiyadan da məhrum olacaqlar"


5-03-2020, 10:06. Разместил: azadses
İlham Əliyev pulsuz tibbi xidmət üçün mütləq rəsmi qaydada işin lazım olduğunu deyib
"Əgər kimsə qeyri-rəsmi işləyirsə, gələcəkdə pensiyadan da məhrum olacaq". Bunu prezident İlham Əliyev Ağstafa Aqrar Sənaye Kompleksinin açılışında deyib. 
Dövlət başçısı bildirib ki, bölgədə aprelin əvvəlindən səhiyyə sistemi icbari tibbi sığorta sisteminə keçir, pulsuz tibbi xidmət almaq üçün vətəndaşlar gərək mütləq rəsmi qaydada işləsinlər. 
"Ona görə qeyri-rəsmi məşğulluğa qarşı mübarizə üsullarından biri də icbari tibbi sığorta olacaq". 
Onun sözlərinə görə, Azərbaycanda əhalinin syaı ilbəil artır. İşlə təmin edilən vətəndaşlar yaxşı maaşla təmin olunmalıdırlar, onların iş şəraiti yaxşı olmalıdır. "Mən demişəm ki, 8 saatlıq iş günü vardır və heç bir işçini ondan artıq işlətmək olmaz. Eyni zamanda, bütün işçilər gərək rəsmi qaydada maaş alsınlar, kölgə iqtisadiyyatına yol vermək olmaz. Qeyri-rəsmi məşğulluğa yol vermək olmaz.
Sizin kimi müəssisələrdə bu faktlar yoxdur və ümumiyyətlə ola da bilməz. Çünki sizin yanaşmanız beynəlxalq yanaşmadır və mən istəyirəm ki, bütün Azərbaycan müəssisələri bu prinsiplər əsasında işləsinlər".




Вернуться назад