Главная > Manset > Azərbaycandakı xarici diplomatlar Cocuq Mərcanlıya baş çəkib

Azərbaycandakı xarici diplomatlar Cocuq Mərcanlıya baş çəkib


6-02-2021, 11:19. Разместил: azadses
Azərbaycan Prezidenti İlham Əliyevin təlimatına uyğun olaraq, səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərlərinin Ermənistanın işğalından azad olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər ediblər.

“Azad Səs”-in xəbərinə görə, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev xarici diplomatlara Cocuq Mərcanlı kəndi barədə məlumat verib.

H.Hacıyev bildirib ki, Cocuq Mərcanlı kəndi Azərbaycan üçün qayıdış rəmzidir.Report


Вернуться назад