Главная > Manset > Prezident İlham Əliyev Goranboy rayonunda səfərdədir

Prezident İlham Əliyev Goranboy rayonunda səfərdədir


3-03-2020, 15:28. Разместил: azadses
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Goranboy rayonuna səfərə gəlib.
Azadsəs-in məlumatına görə, Prezident İlham Əliyev Goranboy Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak edib. Dövlət başçısı xəstəxanada yaradılan şəraitlə tanış olub. Prezident İlham Əliyev Goranboy rayonuna səfəri çərçivəsində Qızılhacılı-Goranboy-Goran-Rəhimli-Veyisli-Qazanbulaq-Borsunlu avtomobil yolunun yenidənqurmadan və bərpadan sonra açılışında iştirak edib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov görülən işlər barədə dövlətimizin başçısına məlumat verdi. Ölkə başçısı  həm də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Goranboy filialının fəaliyyəti ilə tanış olub.

Вернуться назад