Главная > Manset > Prezident Xətainin heykəli aparıldığı yerə getdi FOTO

Prezident Xətainin heykəli aparıldığı yerə getdi FOTO


2-03-2020, 12:57. Разместил: azadses
Bakı meri İlham Əliyevə məlumat verib
Prezident İlham Əliyev Şah İsmayıl Xətainin heykəlinin köçürüldüyü yeni salınmış parkda olub. Dövlət başçısı heykəlin önünə gül dəstələri qoyub.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov burada görülən işlər barədə məlumat verib.
Qeyd edək ki, tarixi şəxsiyyət Şah İsmayıl Xətainin heykəli iki magistral yolun ortasında yerləşirdi. Bu isə insanların ziyarət etmək üçün heykələ yaxınlaşmasını çətinləşdirirdi, eyni zamanda, yolda tıxacın yaranmasına səbəb olurdu. Bununla bağlı əhali tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə müraciətlər edilib. Bütün bunlar və Şah İsmayıl Xətainin tarixi şəxsiyyət olduğu nəzərə alınaraq dövlətimizin başçısının tapşırığına əsasən, onun heykəli uyğun yerə köçürülüb və burada yeni park salınıb. Parkda əhalinin istirahəti üçün lazımı şərait yaradılıb, o cümlədən oturacaqlar qoyulub və ətraf abadlaşdırılıb. Bu addım şəhər sakinləri və paytaxtımızın qonaqlarına heykəli rahat ziyarət etməyə şərait yaradır.
Heykəlin postamenti də yenilənib. Heykəlin köçürülməsi prosesi abidəyə heç bir xələl gətirilmədən həyata keçirilib.
Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli dövlətimizin başçısına bu ərazidə yol-nəqliyyat infrastrukturu barədə məruzə edib. Prezident İlham Əliyev yeni yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı tapşırıq və göstərişlərini verib.
Xətainin heykəlinin yerinin dəyişdirilməsi paytaxtda yol-nəqliyyat infrastrukturuna mühüm töhfə olacaq. Belə ki, bu, Nizami küçəsi ilə Sabit Orucov, Mehdi Mehdizadə küçəsi ilə 28 May küçəsi istiqamətində yolları birləşdirən nəqliyyat qovşağının yaradılmasına şərait yaradır. Bu isə öz növbəsində, bu ərazidə yarana biləcək tıxacların qarşısının alınmasına və nəqliyyat vasitələrinin hərəkətinin intensivliyinin təmin edilməsinə imkan verəcək.




Вернуться назад