Главная > Manset > TƏBİB tibb işçilərinə vaksinin məcburi vurulması iddialarına cavab verdi
TƏBİB tibb işçilərinə vaksinin məcburi vurulması iddialarına cavab verdi23-01-2021, 13:51. Разместил: azadses |
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) bəzi tibb müəssisələrində çalışan səhiyyə işçilərinin məcburi vaksinasiya olunması ilə bağlı iddialara münasibət bildirib. TƏBİB-dən “Report”un sorğusuna cavab olaraq vurğulanıb ki, peyvəndləmə heç bir halda məcburi ola bilməz. “Ümumilikdə ölkədə aparılan vaksinasiya könüllü və dövlət hesabınadır”, - qurumdan qeyd olunub. Xatırladaq ki, Azərbaycanda yanvarın 18-dən etibarən Çinin “SinoVac” şirkətinin istehsal etdiyi “CoronoVAC” vaksininin istifadəsinə başlanılıb. Vaksinlə bağlı qəbul edilən strategiyaya əsasən, peyvənd ilk növbədə yüksək risk qrupuna aid olan tibb işçilərinə vurulur. Вернуться назад |