Главная > Manset > 249 ərzaq satışı müəssisəsində 429 nöqsan aşkarlanıb
249 ərzaq satışı müəssisəsində 429 nöqsan aşkarlanıb22-01-2021, 15:28. Разместил: azadses |
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ərzaq satışı obyektlərində monitorinqləri davam etdirir. "Azad Səs" xəbər verir ki, həyata keçirilən nəzarət tədbirləri çərçivəsində AQTA əməkdaşları tərəfindən ölkə ərazisində fəaliyyət göstərən 316 ərzaq satışı obyektində monitorinqlər həyata keçirilib. Monitorinq keçirilən 249 ərzaq satışı müəssisəsində ümumilikdə 429 nöqsan aşkarlanıb. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, eyni zamanda sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində normativ texniki sənədlərin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib. Вернуться назад |