Главная > Manset > Ərdoğan Bakıda - İlham Əliyev qarşıladı YENİLƏNİB

Ərdoğan Bakıda - İlham Əliyev qarşıladı YENİLƏNİB


25-02-2020, 13:08. Разместил: azadses
Türkiyə prezidenti Azərbaycanda keçiriləcək tədbirə qatılacaq
Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı qarşıladı.
Fəxri qarovul dəstəsinin rəisi Türkiyə Prezidentinə raport verdi.
Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Azərbaycanın və Türkiyənin dövlət və hökumət nümayəndələri prezidentlərlə görüşdülər.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi.


Saat 14:01
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasına səfərə gəlib.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini Yaqub Eyyubov, Xarici İşlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.
Dövlət başçısının səfərinin məqsədi Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 8-ci iclasında iştirak etməkdir. 




Вернуться назад