Главная > Manset > “Qaçqınkom”un xətti ilə inşa edilmiş binalarla bağlı MÜHÜM QƏRAR
“Qaçqınkom”un xətti ilə inşa edilmiş binalarla bağlı MÜHÜM QƏRAR8-01-2021, 11:33. Разместил: azadses |
“Ölkə başçısının qərarına əsasən, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin xətti ilə 2020-ci ildə məcburi köçkünlər üçün inşa edilmiş qəsəbələr və çoxmərtəbəli yaşayış kompleksləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilib. Söhbət 4700-ə yaxın mənzilli qəsəbələrdən və çoxmərtəbəli yaşayış binalarından gedir. Bu mənzillər Bakı, Sumqayıt, Abşeron, Samux, Lənkəran ərazisində yerləşir”. ''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov Yeni TV-yə deyib. O bildirib ki, yaşayış kompleksləri bütün zəruri sosial infrastruktur obyektləri ilə təchiz olunub: “Mənzillərin paylanma mexanizmi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətinə daxildir”. Вернуться назад |