Главная > Manset > Neft bahalaşır
Neft bahalaşır6-01-2021, 08:01. Разместил: azadses |
Dünya bazarında neftin qiymət artımı davam edir. Belə ki, “Brent” markalı neftin mart fyuçersləri bahalaşaraq 54,02 ABŞ dollarına çatıb. “Azad Səs” xəbər verir ki, WTI markalı neftin fyuçersləri də 0,5% bahalaşaraq, 50,26 ABŞ dollarına satılıb. Qeyd edək ki, dünən OPEC+ ölkələrinin fevral ayındakı hasilata dair qərarı ərəfəsində neft qiymətləri artmağa başlayıb. Ötən gün Bakı vaxtı ilə saat 15:05-ə olan vəziyyətə görə, “Brent” markalı neftin mart fyuçersləri 1,17 faiz bahalaşaraq 51,69 ABŞ dollarından, WTI markalı neftin fevral fyuçersləri də 1,26 faiz bahalaşaraq 48,22 ABŞ dollarından satılıb.Report Вернуться назад |