Главная > Manset > SOCAR Kiyevdə yeni yanacaqdoldurma məntəqəsi açır
SOCAR Kiyevdə yeni yanacaqdoldurma məntəqəsi açır3-01-2021, 13:33. Разместил: azadses |
Yaxın günlərdə Ukraynanın paytaxtı Kiyev şəhərində SOCAR şirkətinə məxsus yeni yanacaqdoldurma məntəqəsi fəaliyyətə başlayacaq. Artıq son tamamlanma işləri gedir. “Azad Səs”-in xəbərinə görə, bu barədə AZƏRTAC-a SOCAR-ın Ukraynadakı törəmə şirkəti olan “SOCAR Energy Ukraine”dən məlumat verilib. Yeni yanacaqdoldurma məntəqəsi avtomobillərin daha intensiv hərəkət etdiyi Stepan Bandera prospektində yerləşir. Bununla da “SOCAR Energy Ukraine”ın Kiyevdə yanacaqdoldurma məntəqələrinin sayı 13-ə çatacaq. Yeni komplekslərin üstün cəhəti onların xüsusi dizaynla müasir sənaye üslubunda tikilməsidir. Burada hər şey SOCAR-ın ənənəsinə uyğun olaraq beton, şüşə və metal konstruksiyaların vəhdətindən ibarətdir. Bu il ərzində, həmçinin Xarkov və Dnepr şəhərlərində də yeni yanacaqdoldurma kompleksləri açılacaq. Qeyd edək ki, “SOCAR Energy Ukraine” Azərbaycan Dövlət Neft Şirkətinin törəmə şirkətidir. SOCAR-ın Ukraynadakı nümayəndəliyi 2008-ci ildə açılıb. Hazırda premium-klass yanacaqdoldurma məntəqələri şəbəkəsinə 60 kompleks, 2 yağ bunkerçisi daxildir. Onlar Ukraynanın 11 vilayətində fəaliyyət göstərir.Report Вернуться назад |