Главная > Manset > Müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımI alanlara ŞAD XƏBƏR

Müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımI alanlara ŞAD XƏBƏR


29-12-2020, 10:06. Разместил: azadses
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən dekabr ayı üzrə bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımları ödənilib.
 
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili bildirib.
 
O qeyd edib ki, vətəndaşlar hesablarına köçürülmüş müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Вернуться назад