Главная > Manset > 1700-dək şəxsə təqaüd, pensiya və müavinət təyin edildi
1700-dək şəxsə təqaüd, pensiya və müavinət təyin edildi27-12-2020, 10:36. Разместил: azadses |
![]() ƏƏSMN-in İctimaiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsindən "Azad Səs"-ə verilən məlumata görə, artıq fond tərəfindən 700-dək şəhidin 1 700-ə yaxın ailə üzvünə Prezidentin aylıq təqaüdünün, pensiya və müavinətlərin təyinatı həyata keçirilib. Təyinatlar barədə ailə üzvlərinə məlumatlar da verilir. Bu ay nazirlik tərəfindən şəhid ailəsi üzvlərinə təqaüd və müavinətlərin, ailə başçısını itirməyə görə pensiya və müavinətin e-təyinat sistemləri işə salınıb. Bu innovativ yeniliklər şəhid ailəsi üzvlərinə sosial ödənişlərin təyinatının da müraciət etmələrinə ehtiyac qalmadan, e-sistem üzərindən proaktiv qaydada, operativ şəkildə aparılmasına imkan verib. Вернуться назад |