Главная > Manset > Azərbaycanda güclü külək fəsadlar törətdi: Elektrik xətlərinə ciddi ziyan dəydi

Azərbaycanda güclü külək fəsadlar törətdi: Elektrik xətlərinə ciddi ziyan dəydi


1-02-2020, 11:47. Разместил: azadses
Gəncədə baş vermiş güclü külək nəticəsində qırılan elektrik xətlərinin hazırda bərpası aparılır.
Bunu Oxu.Az-a açıqlamasında “Azərişıq” Açıq Səhimdar Cəmiyyətinin (ASC) mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib.
Onun sözlərinə görə, ötən gün axşam saatlarında iri gövdəli çinar ağacı elektrik xəttinin üzərinə düşüb:“Nəticədə, Gəncə və Şəmkir bölgəsinin bir neçə ərazisində elektrik xətlərinə ciddi ziyan dəyib. Bu gün saat 12:00-a kimi problem aradan qaldırılacaq”.
“Bakıda və digər bölgələrdə işıqla bağlı heç bir problem yoxdur”, - deyə T.Mustafayev qeyd edib.
Xatırladaq ki, ötən gün axşam saatlarında Gəncədə başlayan güclü külək nəticəsində şəhərin bəzi ərazilərində irigövdəli ağaclar aşaraq elektrik və qaz xətlərini sıradan çıxarıb.
Вернуться назад