Главная > Manset > Azərbaycanın keçmiş XİN başçısı vəfat etdi

Azərbaycanın keçmiş XİN başçısı vəfat etdi


29-01-2020, 10:05. Разместил: azadses
82 yaşlı sabiq nazir İsveçrədə yaşayıb
Azərbaycanın keçmiş Xarici İşlər naziri Tofiq Qasımov vəfat edib.  Bu barədə Tofiq Yaqublu məlumat verib. O bildirib ki, Tofiq Qasımov mühacirətdə dünyasını dəyişib. 81 yaşlı Tofiq Qasımov İsveçrənin Lütsern şəhərində mühacir həyatı yaşayırdı.
T.Qasımlı 10 aprel 1938-ci ildə Ağstafa rayonunda olub. 1970-ci ildən Azərbaycan EA-nın Fizika İnstitutunun elmi işçisi olub. 100-ə qədər elmi əsərin müəllifidir.
1987-ci ildən siyasətlə məşğuldur. Bakı Alimlər Klubunun yaradılmasının təşəbbüskarlarından və onun proqram və nizamnaməsinin müəlliflərindən biridir. Azərbaycan SSRİ xalq deputatı seçilmiş, Azərbaycan SSR Ali Sovetinin 1990-cı ilin yanvarın 22-də çağırılmış fövqəladə sessiyasının işində iştirak edib.
May 1992-ci ildə Azərbaycan Respublikasının Xarici İşlər naziri təyin olunub, 1993-cü ilin aprelinə qədər bu vəzifədə işləyib.




Вернуться назад