Главная > Manset > Bu gün şəhid Təbriz Həsənovun ad günüdür.-Foto Reportaj

Bu gün şəhid Təbriz Həsənovun ad günüdür.-Foto Reportaj


27-01-2020, 20:23. Разместил: azadses
Azadsəs Xebernur.info-ya istinadən xəbər verir ki, Təbriz 1996-cı il yanvarın 27-si Hacıqabul rayonu Qızılburun kəndində anadan olub. 1998-ci ilin yanvar ayında ailəsi Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsinə köçdüyü üçün Təbriz bu qəsəbədəki Seyfulla Məmmədov adına 110 saylı tam orta məktəbdə təhsil alıb. 2011-ci ildə Bakı şəhəri Neft və Energetika Kollecinə qəbul olub.

2015-ci ildə kolleci bitirəndən sonra həqiqi hərbi xidmətə çağırılıb. 2016-cı ilin mart ayında kiçik çavuş rütbəsi alan Təbriz aprel ayının 2-sindən 6-na kimi Ağdam ətrafında gedən qızğın döyüşlərdə iştirak edib. Lələtəpə uğrunda gedən döyüşlərdə fəallıq göstərib.

Aprel ayının 22-si Ağdam rayonunun Çəmənli kəndində şəhid olub. Ələt qəsəbəsindəki Şəhidlər Xiyabanında dəfn olunub.

Çox sevindirici bir haldır ki, Şəhidimizin anım günündə Qaradag Rayonun keçmiş Millət vəkili Aydın Hüseynovda iştirak etdi.
Aydın Hüseynov hər zaman Şəhid ailələrinin və Qazilərimizin yanındadır və Vətənprvər bir millət vəkilidir.

Nuranə Abdullayeva

Вернуться назад