Главная > Manset > Mehriban Əliyeva Qusmanı təbrik etdi

Mehriban Əliyeva Qusmanı təbrik etdi


23-01-2020, 11:20. Разместил: azadses
"Mixail Solomonoviç cavan qalmağı bacarıb, nikbinlik və xeyirxahlığını itirməməyə müvəffəq olub"
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva İTAR-TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmanı 70 illik yubileyi münasibətilə təbrik edib. Təvrik Birinci vitse-prezidentin "İnstagram" səhifəsində yerləşdirilib. 
“Bu gün TASS agentliyinin baş direktorunun müavini Mixail Solomonoviç Qusmanın 70 yaşı tamam olur.
Çoxşaxəli istedadı, tükənməz enerjisi, yorulmaz fəaliyyəti və daim yeni yaradıcı zirvələri fəth etmək səyləri sayəsində Mixail Solomonoviç cavan qalmağı bacarmış, nikbinlik və xeyirxahlığını itirməməyə müvəffəq olmuşdur. O, əsl vətənpərvər kimi, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mövcud olan dostluq münasibətlərinin möhkəmlənməsinə böyük töhfə vermişdir.
Mixail Solomonoviç Qusmanı yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edir, ona və gözəl ailəsinə möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq arzulayıram”.




Вернуться назад