Главная > Manset > İlham Əliyevin təşəbbüsü ilə metronun yeni stansiyası “8 Noyabr” adlanacaq

İlham Əliyevin təşəbbüsü ilə metronun yeni stansiyası “8 Noyabr” adlanacaq


8-12-2020, 11:06. Разместил: azadses
Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Bakı Metropoliteninin yeni stansiyasına Zəfər günü münasibətilə “8 Noyabr” adı verilməsi təşəbbüsü ilə çıxış edib.
Bu barədə ''Azad Səs''-ə Nazirlər Kabinetinin Mətbuat Xidmətindən məlumat verilib.
Nazirlər Kabinetinin bununla bağlı Qərarında deyilir:
“Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təşəbbüsünə əsasən Bakı Metropoliteninin Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 1065-ci məhəllə ünvanında yerləşən yeni stansiyası “8 Noyabr” adlandırılsın”.

Вернуться назад