Ermənilər dəfn zamanı atəş açdı - 3 mülki şəxs həlak oldu - SON DƏQİQƏ
- 15-10-2020, 13:04
- Manset

Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.
Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonunu atəşə tutmaqda davam edir.
Oktyabrın 15-i düşmən növbəti dəfə dinc sakinləri hədəfə alıb, ağır artilleriya vasitəsilə rayona top mərmisi atıb.
Ermənilər Tərtər rayonu ərazisində yerləşən qəbiristanlığa dəfn mərasimi zamanı top mərmisi atıb. Nəticədə ilkin məlumatlara görə 3 mülki şəxs ölüb, 3 nəfər yaralanıb. Həmin şəxslərin adları dəqiqləşdirilir.
Azərbaycan Ordusu tərəfindən ermənilərə qarşı adekvat cavab tədbirləri görülür.



