azadses.az » Manset » MTRŞ-dən radio və televiziyalara müraciət

MTRŞ-dən radio və televiziyalara müraciət

Milli Televiziya və Radio Şurası müraciət yayıb. 
"Azad Səs"-ə daxil olan məlumatda deyilir: 
"Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin bölmələrinin bütün cəbhə boyu istiqamətlərdə mövqelərimizi ələ keçirmək məqsədilə genişmiqyaslı hərbi təxribatına qarşı Azərbaycan Ordusunun geniş əks-hücumu başlanmışdır.
Həyata keçirilən tədbirlər ilə düşmənə layiqli cavab verilir. Məlum olduğu kimi, hərbi əməliyyatların getdiyi şəraitdə, internetin məhdudlaşdırılmasının zəruri olduğu bir zamanda, televiziya və radio kanallarından təqdim olunan informasiyanın əhəmiyyəti dəfələrlə artır. Belə bir şəraitdə Milli Televiziya və Radio Şurası olaraq ölkədə fəaliyyət göstərən teleradio yayımçılarına və subyektlərinə müraciət edir və aşağıdakı vacib məqamların nəzərə alınmasını xahiş edirik:
1) Təqdim olunan informasiya və məlumatlar, həmçinin, video reportajlar istisnasız olaraq rəsmi mənbələrə əsaslanmalıdır;
2) Sosial şəbəkələrdən istifadənin məhdudlaşdırılmasını və bunun nəticəsində əhali arasında yarana biləcək narahatlığın qarşısının alınmasının zəruriliyini nəzərə alaraq teleradio yayımçıları daha mütəmadi və operativ informasiya təqdim etməyə çalışmalıdırlar. Bunun üçün qaçan sətirlə informasiyanın təqdim olunmasından və ya qısa xəbər buraxılışlarından istifadə olunması tövsiyə olunur;
3) Cəbhə bölgəsindən gələn xəbərlərin əhalidə yarada biləcək narahatlığını nəzərə alaraq efir zamanı qəmgin proqramlardan imtina olunması, efirin nikbin ruhlu hərbivətənpərvərlik proqramları ilə zənginləşdirilməsi xüsusi əhəmiyyət daşıyır;
4) Xarici ölkələrin televiziya kanallarını retranslyasiya edən ödənişli platforma operatorlarından (kabel, İPTV, OTT və s.) xahiş olunur ki, proqramlarının redaksiya nəzarəti erməni dairələrinə mənsub olduğu ehtimal olunan xarici kanalların retranslaysının dayandırılması məsələsini nəzərdən keçirsinlər.
Milli Televiziya və Radio Şurası olaraq, bütün telaradio yayımçılarından və operatorlarından son vəziyyətə anlayışlı və həssas reaksiya vermələrini xahiş edirik.
Allahdan Azərbaycan Ordusuna zəfər diləyirik!".
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Həştərxanda fərdi evdə yanğın zamanı 5 uşaq ölüb
  2. Bakının üç rayonunda qaz təchizatı dayandırılacaq
  3. DTX-nin həbs etdiyi haker: Məqsədim Azərbaycan serverlərində müdaxilənin qarşısı almaq üçün milli proqram yaratmaq idi
  4. FHN: Su basmış yerlərdə 33-ü uşaq olmaqla 135 nəfər təxliyə olunub
  5. Nizami rayonunda 18 yaşlı gənci avtomobil vurub
  6. Yevlaxda yol qəzasında xəsarət alan 8 sərnişin xəstəxanadan evə buraxılıb - YENİLƏNİB
  7. Bakıda körpələr evi-uşaq bağçasında yanğın olub
  8. ADSEA: Yağışların fasiləsiz yağması suların tam çəkilməsinə mane olur
  9. Azərbaycanda yağışlı havaya görə bütün limanlar bağlanıb
  10. Göygöldə qarın hündürlüyü 6 sm-ə çatıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Britaniya Kolumbiyası Universitetinin Blasson Kvant Materiyası İnstitutunun tədqiqatçıları ilk dəfə olaraq metal və birölçülü Ətraflı
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir. “Report” xəbər verir ki, bunu Ətraflı
Bütün xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib