azadses.az » Manset » Milli Məclisin komitə iclası keçirilib

Milli Məclisin komitə iclası keçirilib

Sentyabrın 11-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin payız sessiyasında ilk iclas keçirilib.
''Azad Səs'' “Report”-a istinadən xəbər verir ki, komitənin sədri Əli Hüseynli yeni sessiyanın başlanması münasibəti ilə həmkarlarını təbrik edib və onlara qarşıdakı payız sessiyasında uğurlar arzulayıb. 
İclasda əvvəlcə 2020-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində komitədə görülən işlərə qısa nəzər salındı. Ə.Hüseynli vurğulayıb ki, ötən dövrdə komitə gərgin işləmiş, keçirilən iclaslarda 127 məsələ müzakirə olunub ki, bunlardan da 117-si Milli Məclisin plenar iclasına tövsiyə edilib və əksəriyyəti qəbul olunub. Hesabat məqbul hesab edildi.  
Sonra komitənin 2020-ci ilin payız sessiyası üçün qanunvericilik  işləri planı müzakirə  edilib. Bildirilib ki, qarşıdakı sessiyada iş planına Azərbaycan Prezidentinin,  Respublika Ali Məhkəməsinin, Baş Prokurorun, Naxçıvan MR  Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri, Azərbaycan  Respublikasının dövlət büdcəsi zərfinə daxil olan sənədlər, digər qanunlara əlavə və dəyişikliklər edilməsi barədə qanun layihələrinin müzakirəsi daxil edilib. Komitə üzvləri  Qüdrət Həsənquliyev, Azay Quliyev, Erkin Qədirli, Nizami Səfərov, Bəhruz Məhərrəmov müzakirə ediləcək sənədlərlə ilə bağlı fikirlərini açıqladılar, təkliflər bildirdilər. İş planı təsdiq edildi. 
Sonra iclasda birinci oxunuşda “Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012-2022)” yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə baxılıb. Komitə sədri vurğulayıb ki, bu medalla həqiqi hərbi xidmət keçən və xidməti vəzifələrini nümunəvi  yerinə yetirən zabit və gizirlər, müddətdən artıq hərbi xidmət keçən hərbi qulluqçular,  ehtiyatda olan və istefaya buraxılmış hərbiçilər, həmin orqanda səmərəli fəaliyyət göstərən mülki işçilər, habelə bu sahədə xüsusi xidmətləri olan digər şəxslər təltif ediləcəklər. İclasda iştirak edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət  Xidməti rəisinin birinci müavini, general-mayor Zaur Abdullayev yeni təsis edilən medalın bu sahədə fəaliyyət göstərən insanların ruh yüksəkliyinin artırılmasında rolu olacağını vurğulayıb, təmsil etdiyi qurum adından minnətdarlığını ifadə edib.
Komitədə Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsinə birinci oxunuşda baxıldı. Bildirilib ki, sənədə texniki xarakterli dəyişiklik təklif  edilib. 
Sonra iclasda Əmək Məcəlləsində, “Sahibkarlıq fəaliyyəti haqqında”, “Dövlət qulluğu haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri birinci oxunuşda müzakirə edildi. Komitə sədri vurğulayıb ki, sözügedən qanunlarda nəzərdə  tutulan səlahiyyətləri publik hüquqi şəxs statusunda Dövlət Məşğulluq Agentliyi, Dövlət  Sosial Müdafiə  Fondu, Dövlət Tibbi-Ekspertiza və Reabilitasiya Agentliyi, həmçinin Sosial Xidmətlər Agentliyi həyata keçirəcəkdir. 
Ə.Hüseynli Əmək Məcəlləsinə, Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və “Uşaq hüquqları haqqında” qanuna təklif  edilən dəyişiklikləri birinci oxunuşda təqdim edərkən bildirib ki, sənədlər “Gənclər siyasəti haqqında” qanuna dəyişiklik edilməsi  barədə 5 mart 2019-cu il tarixli qanun layihəsinə uyğunlaşdırma xarakteri daşıyır. 18 yaşına çatmamış şəxslərin mənəvi-əxlaqi tərbiyəsinin və sağlam gəncliyin formalaşması istiqamətində kompleks tədbirlər keçirilməsini, uşaqlara tütün məmulatları və alkoqollu içkilərlə bərabər energetik içkilərin satışının, onların idman-mərc oyunlarında iştirakının qadağan edilməsi sahəsində məhdudiyyətləri ehtiva edir. 
Müzakirəyə birinci oxunuşda təqdim edilən Mülki Prosessual, Cinayət, Miqrasiya, İnzibati Xətalar Məcəllələrinə, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” və “Nağdsız hesablaşmalar haqqında” qanunlara təklif edilən dəyişikliklərin isə “Vergi Məcəlləsinə dəyişiklik edilməsi barədə” 30 noyabr 2018-ci il tarixli  qanun layihəsinə uyğunlaşdırma məqsədi ilə hazırlandığı bildirildi. 
Sonra Əmək Məcəlləsində, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Təhsil haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Peşə təhsili haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Ümumi təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrinə birinci oxunuşda baxıldı. Qeyd olunub ki, sənədlər “Təhsil haqqında” qanuna dəyişiklik edilməsi barədə 12 iyun 2018-ci il tarixli və “Ümumi təhsil haqqında” 29 mart  2019-cu il tarixli qanunlara uyğunlaşdırma məqsədi ilə hazırlanıb. Ümumi təhsil, peşə təhsili, məktəbəqədər təhsil, sağlamlıq imkanları məhdud olan şəxslərin təhsili ilə bağlı normaları, qanunlarda edilən termin və ifadə  dəyişikliklərini nəzərdə tutur.  
Sonra Ə.Hüseynli İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə (birinci oxunuş) danışarkən bildirib ki, “Ümumi təhsil haqqında”  qanunun icrası ilə əlaqədar hazırlanmışdır. Qanunla pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilən şəxslərlə əmək müqaviləsi bağlanılmasına görə vəzifəli şəxslər 3 000 manat məbləğində cərimə ediləcəklər.
İclasın sonunda müzakirə edilən bütün qanun layihələrinin  Milli Məclisin  plenar iclasına tövsiyə edilməsi qərara alındı.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Myanmada qasırğada ölənlərin sayı 220 nəfəri ötüb
  2. Ağcabədidə yol qəzasında ağır xəsarət alan azyaşlı Bakıya gətirilib
  3. Goranboyda yanğın zamanı xəsarət alan körpə ölüb
  4. Qusarda yük avtomobili dərəyə aşıb, ölən var
  5. Türkiyə vətəndaşı Bakı-Quba yolunda sükan arxasında ölüb
  6. Göygöldə yük avtomobili dəmir maneə çırpılıb, xəsarət alanlar var
  7. Şəmkirdə həkimi avtomobil vuraraq öldürüb
  8. Şəmkirdə 71 yaşlı kişi yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb
  9. Saatlıda ata iki yaşlı oğlunu avtomobillə vuraraq öldürüb
  10. Xəzər rayonunda 41 yaşlı qadını avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir. "Report" xəbər verir ki, bunu Elm və Təhsil Ətraflı
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvar rayonunda 1 171 şagird birinci sinfə gedəcək. "Report"un Muğan bürosunun məlumatına görə, həmçinin Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu