azadses.az » Manset » Muğan rayonlarında pambıq bitkisinin inkişafında problem - Bu il məhsuldarlıq azalacaq?

Muğan rayonlarında pambıq bitkisinin inkişafında problem - Bu il məhsuldarlıq azalacaq?

Bu il ölkənin Muğan zonasında pambıq bitkisinin inkişafında problemlər müşahidə olunur.

Bu barədə "Report"un yerli bürosuna Biləsuvar və İmişli rayonundan olan fermerlər məlumat veriblər.

Onların sözlərinə görə, ötən il pambıq bitkisinin çıxışı vaxtında baş versə də, bu il vəziyyət gözlədiklərindən fərqli olub. Belə ki, çiyid əkini vaxtı və indiki havalar əlverişsiz keçdiyi üçün bitkidə inkişaf prosesi normal getməyib və çıxış alınmayıb.

Bəzi fermerlər həmçinin əlavə ediblər ki, bu səbəbdən çiyid əkinini bir neçə dəfə təkrarlamaq məcburiyyətində qalıblar. Bu isə məhsulun yığım vaxtını gecikdirməklə yanaşı, məhsuldarlığa da mənfi təsir göstərəcək.

Bioloq Vidadi Məmmədov mövzu ilə bağlı “Report”un yerli bürosuna deyib ki, Muğanda pambıq bitkisinin inkişafında problem yaranmasının bir neçə səbəbi ola bilər:

“Pambıqçılıq kənd təsərrüfatının mühüm sahələrindən biridir və məhsuldarlığın yüksək olması üçün əkinin ilkin mərhələsində, yəni pambığın çıxışı dövründə optimal şəraitin yaradılması vacibdir. Lakin bir sıra hallarda pambığın çıxışında müxtəlif problemlər müşahidə edilir və bu, son nəticədə məhsuldarlığın azalmasına səbəb olur.

Məsələn, toxumların keyfiyyətli olmaması, suvarmanın düzgün və vaxtında aparılmaması, torpaqda mineral çatışmazlığı, həmçinin hava şəraitinin əlverişsizliyi bəhs edilən problemin əsas səbəbləridir. Çünki havanın qəfil soyuması və ya yağıntıların normadan artıq olması bu mərhələdə bitkinin inkişafına mənfi təsir göstərir”.

Mütəxəssis onu da bildirib ki, aqrotexniki tədbirlərin düzgün aparılması, torpağın vaxtında şumlanması, kultivasiyası və səpinqabağı suvarılması pambığın sağlam çıxışını təmin edə bilər. Eyni zamanda, səpin vaxtı hava şəraitinə uyğun seçilməsi də zəruridir.

Qeyd edək ki, rəsmi statistikaya görə, cari ildə Biləsuvar rayonunda 7 min 500 hektar, İmişli rayonunda isə 7 min 898,8 hektar sahədə çiyid səpini aparılıb.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Çaylarda sululuq artdı
  2. Ötən gün vətəndaşların bank kartlarından 6 min manatdan çox pul oğurlanıb
  3. Şirvanda 6 aylıq körpə ölü doğulub
  4. Bakıda "moyka"da kişini elektrik cərəyanı vuraraq öldürüb
  5. Qubada elektrik enerjisinin verilişində fasilə yaranacaq
  6. DİN: Ötən gün bank kartlarından oğurluq qeydə alınmayıb
  7. “Qantas Airlines” aviaşirkətinin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib
  8. Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
  9. Sabirabadda çətənə kolları yetişdirməkdə şübhəli bilinən 4 nəfər həbs olunub
  10. Ötən gün ölkə ərazisində 16 kiloqramdan çox narkotik aşkarlanıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Bu gün Xankəndi, Xocalı, Cəbrayıl və Şuşada məktəblərdə "Son zəng" keçirilir. Bunu elm və təhsil nazirinin müavini Ətraflı
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur. Bunu "Report"a açıqlamasında elm və təhsil nazirinin müavini Həsən Ətraflı
Bütün xəbərlər
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib