Rəşad Nəbiyevin Ağdamdakı vətəndaş qəbulunun vaxtı dəyişib
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin Ağdamda keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişib.
Bu barədə “Report”a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, R. Nəbiyevin mayın 23-də saat 09:30-da Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Tərtər, Ağdam, Bərdə, Ağcabədi, Goranboy, Xocalı rayonları və Naftalan şəhərinin sakinləri ilə keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.
Qəbulun keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək.