Tahir Rzayev: "Son 30 ildə aqrar sektora dair 350-dən çox qanun qəbul edilib"
Son 30 ildə Milli Məclisdə kənd təsərrüfatı ilə bağlı 350-dən çox qanunvericilik sənədi qəbul edilib.
"Report" xəbər verir ki, bunu parlamentin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Bakıda keçirilən IV Aqrobiznesin İnkişafı Forumunda bildirib.
Onun sözlərinə görə, bunlar, yeni qanunlar, mövcud qanunlara əlavə və dəyişikliklərdirdir: "Milli Məclis bu istiqamətdə səmərəli işlər görür. Kənd təsərrüfatının hüquqi bazasının möhkəmləndirilməsi bizə imkan verir ki, bu sahədə sahibkarlığı inkişaf etdirək".
"Aqrar sektor ölkə iqtisadiyyatının aparıcı sektorlarında biridir. Son dövrlər bu sahədə inkişaf, əsaslı dönüş göz qabağındadır", - deyə deputat əlavə edib.
Bundan başqa, T.Rzayev deyib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 100 min hektarlarla ərazi əkin dövriyyəsinə qatılması üçün hazırdır.
"Bu günlərdə Zəngilan rayonunun Ağalı kəndində insanlara torpaq sahələri icarəyə verilib. Bu onu göstərir ki, biz işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatını dirçəltməyə başlamışıq. Son illər həmin ərazilərdə kənd təsərrüfatı məhsulları yetişdirilir. Bu, bizim uğurumuzdur", - deyə o qeyd edib.