Dubay şokoladı ətrafında ajiotaj dünyada püstə qıtlığına yol açıb
Keçən ilin yayında məşhurlaşan Dubay şokoladı ətrafında yaranan ajiotaj dünyada püstə qıtlığına səbəb olub.
“Report” xəbər verir ki, bu barədə “Financial Times” (FT) yazıb.
Məhsul püstə pastası və kataifi xəmiri ilə doldurulmuş şokoladdan ibarətdir. O, bloqçuların çoxsaylı icmalları sayəsində trend halına gəlib.
“Dubay şokoladının populyarlığının sürətli artımı püstənin qlobal təklif qıtlığını yaradıb ki, bu da dünyada mövcud olan bu yaşıl qozun çatışmazlığını daha da ağırlaşdırıb və qiymətlərin kəskin artımına səbəb olub”, – qəzet yazıb.
Qozların əsas ixracatçısı ABŞ-dir. Keçən il məhsul az olub və püstə ehtiyatları kəskin şəkildə azalıb. Qıtlıq səbəbindən püstə ləpələrinin qiyməti funt başına 7,65 dollardan 10,30 dollara qədər artıb.
Məqalədə qeyd olunub ki, bəzi mağazalar bir nəfərə satılan şokolad plitələrinin sayına məhdudiyyət qoymağa məcbur olublar.