Fransanın tanınmış müxalifətçisi Makronu devirməyə çağırıb
Fransanın “Vətənpərvərlər” Partiyasının lideri Florian Filippo Ukraynaya dəstək məsələlərində məhdudiyyətlərin olmaması ilə bağlı söylədiyi sözlərdən sonra Prezident Emmanuel Makronu devirməyə çağırıb.
“Report” xəbər verir ki, Filippo bununla bağlı müraciəti “X” sosial şəbəkəsindəki hesabında paylaşıb.
“Patriotlar”ın liderinin sözlərinə görə, Makronun sözləri Fransa quru qoşunlarının Ukraynaya göndərilməsi və ya Fransanın nüvə silahının Avropa İttifaqına (Aİ) ötürülməsi ehtimalının olması deməkdir.
“Təsəvvür etmək mümkün deyil ki, bu adam, NATO-nun və dərin dövlətin bu çılğın marioneti hələ də devrilməyib!” - Filippo əlavə edib. O, bütün fransızları "sülh uğrunda ayağa qalxmağa" çağırıb.
Bir gün əvvəl “La Depeche” qəzeti yazıb ki, Makron Fransa müxalifətinin rəhbərləri ilə görüşü zamanı respublikanın Kiyevə dəstək məsələlərində “heç bir məhdudiyyətin” və “qırmızı xətlərin” olmadığını deyib.