ABŞ-ın Boliviyadakı keçmiş səfiri Kubaya casusluq etdiyini etiraf edib
Amerikanın Boliviyadakı keçmiş səfiri Manuel Roşa Kuba hökumətinin məxfi agenti kimi işlədiyini etiraf etməyə razılaşıb.
“Report” xəbər verir ki, bu barədə NBC televiziyası məlumat yayıb.
73 yaşlı Roşa federal hakimə bildirib ki, o, xarici hökumətin agenti kimi xidmət etdiyini etiraf edəcək. Onun vəkili “NBC”yə deyib ki, hökm artıq razılaşdırılıb, lakin onun təfərrüatları, o cümlədən həbs müddəti açıqlanmayıb.
ABŞ Ədliyyə Nazirliyi 4 dekabr 2023-cü ildə Roşaya qarşı ittiham irəli sürüb. Baş prokurorun sözlərinə görə, bu, “xarici agentin ABŞ hökumətinə ən böyük və davamlı sızmalarından biridir”.
Roşanın 40 ildən çox Kuba hökumətinə işlədiyi iddia edilirdi.