azadses.az » Manset » Nazir əvəzi: "Azərbaycan iqlim dəyişikliyinin təsirini yumşaltmaq üçün tədbirlər görüb"

Nazir əvəzi: "Azərbaycan iqlim dəyişikliyinin təsirini yumşaltmaq üçün tədbirlər görüb"

Azərbaycan iqlim dəyişikliyinin təsirini yumşaltmaq üçün bərpa olunan enerji mənbələrindən istifadənin artırılması, daha səmərəli yaşıl texnologiyalarının inkişafı kimi bir sıra tədbirlər həyata keçirib.

"Report" xəbər verir ki, bunu Bakıda "Vergi sistemi yeni inkişaf dövründə: Davamlı iqtisadiyyat üçün strateji hədəflər" mövzusunda keçirilən forumda ekologiya və təbii sərvətlər naziri vəzifəsini icra edən Muxtar Babayev bildirib.

O qeyd edib ki, iqtisadi fəaliyyət nəticəsində atmosfer havasına atılan istixana effekti yaradan qazların azaldılması, karbon kreditləri və karbon ticarəti sisteminin yaradılması və tənzimlənməsi məqsədilə qanun layihəsi hazırlanıb.

"Ətraf mühitə buraxılan zərərli qazların udulması və sağlam ekoloji mühitin yaradılması məqsədilə ölkədə meşə və yaşıllıq ərazilərinin genişləndirilməsi üçün kütləvi şəkildə ağacəkmə, meşə əkinləri və aqrobağların salınması işləri həyata keçirilir. Təkcə 2023-cü il ərzində ölkə ərazisində 4 milyona yaxın ağac əkilib", - deyə o əlavə edib.

"Müasir iqtisadiyyatda təkrar emal anlayışı mühüm yer tutur. Biz resurslardan səmərəli istifadə və dairəvi iqtisadiyyat siyasəti vasitəsilə təkrar emal təcrübələrini gücləndirməklə təbii ehtiyatların qorunması, davamlı istifadəsinə nail olmalıyıq. Təkrar emal biznesini qurmaq, innovativ texnologiyaları tətbiq edərək yaşıl istehsalla məşğul olmaq istəyənlər sahibkarlara Balaxanı Sənaye Parkında dövlət tərəfindən güzəştlər verilməklə əlverişli şərait yaradılıb. Hazırda Sənaye Parkında 25 rezident qeydiyyatdan keçib və burada tullantılardan xammal kimi istifadə edilərək hazırlanan məhsullar bir sıra ölkələrə ixrac olunur", - deyə nazir əvəzi vurğulayıb.

M.Babayev həmçinin bildirib ki, hazırda dağ-mədən sektorunda azad rəqabət mühitinin formalaşdırılması, şəffaflığın təmin edilməsi üçün yerin təkinin istifadəyə verilməsi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə birgə hərraclar vasitəsi ilə keçirilir: "Mineral xammal bazasının öyrənilməsi, yataqların kəşfiyyatı, istismara cəlb olunması, işlənilməsi, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və dağ-mədən sənayesinin inkişafı istiqamətində işlər görülür, bütün filiz yataqları haqqında məlumatlar rəqəmsallaşdırılır.

Yerin təki sahəsi üzrə nəzarətin gücləndirilməsi məqsədi ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə birgə yataq sahələrində hasilat həcmlərinin müəyyən edilməsi, istismarçılar tərəfindən faydalı qazıntıların çıxarılmasına dair hesabatlılığın və ödənişlərin təmin edilməsi məqsədilə əməkdaşlıq və məlumat mübadiləsi həyata keçirilir. Vahid inzibatçılığın təmin edilməsi məqsədilə yerin təkindən istifadə ilə əlaqədar nəzərdə tutulan ayırma məbləğləri mədən vergisi dərəcələrinə uyğun hazırlanmış və "Yerin təki haqqında" yeni Qanun layihəsində nəzərə alınıb.

Mədən vergisi üzrə vergi ödənişləri təbii sərvətlərin hasilatının, onlardan səmərəli istifadənin, ətraf mühitə zərərli təsirlərin azaldılmasının və ekoloji tədbirlərin həyata keçirilməsinin tənzimləyicisi olmalıdır. Bu baxımdan istehsala görə ödənişlərin düzgün hesablanmasının, ödənilməsinin və təbii sərvətlərdən istifadə üzrə hesabatın verilməsinin əhəmiyyəti və zərurəti artır".
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda avtomobil piyadanı vuraraq öldürüb
  2. Azərbaycanda zəlzələ olub
  3. Bakıda kitabxana yanıb
  4. Həştərxanda fərdi evdə yanğın zamanı 5 uşaq ölüb
  5. Bakının üç rayonunda qaz təchizatı dayandırılacaq
  6. DTX-nin həbs etdiyi haker: Məqsədim Azərbaycan serverlərində müdaxilənin qarşısı almaq üçün milli proqram yaratmaq idi
  7. FHN: Su basmış yerlərdə 33-ü uşaq olmaqla 135 nəfər təxliyə olunub
  8. Nizami rayonunda 18 yaşlı gənci avtomobil vurub
  9. Yevlaxda yol qəzasında xəsarət alan 8 sərnişin xəstəxanadan evə buraxılıb - YENİLƏNİB
  10. Bakıda körpələr evi-uşaq bağçasında yanğın olub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Britaniya Kolumbiyası Universitetinin Blasson Kvant Materiyası İnstitutunun tədqiqatçıları ilk dəfə olaraq metal və birölçülü Ətraflı
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir. “Report” xəbər verir ki, bunu Ətraflı
Bütün xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib