Hesablama Palatasının sədri: "Son 20 ildə xalis maliyyə aktivlərimiz 40 dəfədən çox artıb"
- 5-12-2023, 16:17
- Manset / İqtisadiyyat
Son 20 ildə Azərbaycanın xalis maliyyə aktivləri və yaxud strateji valyuta ehtiyatları 40 dəfədən çox artıb.
“Report” xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov "Azərbaycan" qəzetində dərc olunmuş məqaləsində bildirib.
Onun sözlərinə görə, ölkəmiz xalis maliyyə aktivlərinin ümumi daxili məhsula (ÜDM) nisbətinə görə (təxminən 70%) dünyada ön sıralardadır.
“Həm Dövlət Neft Fondunun, həm də Azərbaycan Mərkəzi Bankının ehtiyatlarında əhəmiyyətli artım izlənilir. Əlbəttə, rəqəmlərin böyüməsinə qiymət və hasilat faktorları təsir edir. Lakin bir məqama nəzər yetirmək lazımdır ki, bu gün yalnız bir mədaxil mənbəyindən - vəsaitlərin idarə edilməsindən daxilolmalar Fondun 20 il əvvəlki gəlirlərini 10 dəfəyə yaxın üstələyir", - deyə o qeyd edib.