Şengen vizasına müraciətlə bağlı yeni qaydalar qəbul edilib
Avropa İttifaqı (Aİ) Şurası Şengen zonasına səyahət etməyi planlaşdıran insanlara viza üçün onlayn müraciət etməyə imkan verən yeni qaydaları qəbul edib.
Məlumata görə, yeni qaydalar səyahətçilər üçün müraciət prosesini sadələşdirəcək və eyni zamanda, daha tez və effektiv cavab verə biləcək milli administrasiyaların yükünü yüngülləşdirəcək.
Aİ onlayn viza müraciəti platforması yaradacaq. Bir neçə istisna olmaqla, Şengen vizası üçün müraciətlər həmin platforma vasitəsilə həyata keçiriləcək. Platformada viza ərizəçiləri bütün müvafiq məlumatları daxil edə, sənədlərin elektron surətlərini yükləyə və viza rüsumlarını ödəyə biləcəklər.
Bundan başqa, cari viza stikerini kriptoqrafik olaraq imzalanmış barkod əvəz edəcək.
Qeyd edək ki, yeni qaydaların tətbiqi tarixi viza platforması və rəqəmsal viza üzərində texniki işlər başa çatdıqdan sonra müəyyən ediləcək.
Mənbə: consilium.europa.eu