azadses.az » Manset » TƏBİB-in icraçı direktoru: "Son üç ildə Azərbaycanda 256 yeni Ailə Sağlamlıq Mərkəzi yaradılıb"

TƏBİB-in icraçı direktoru: "Son üç ildə Azərbaycanda 256 yeni Ailə Sağlamlıq Mərkəzi yaradılıb"

"Son illər ölkədə əhaliyə göstərilən tibbi xidmətlərin müasir standartlara uyğunlaşdırılması, bu sistemin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün güclü potensial yaranıb".

"Report" xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov “Medinex - 2023" sərgisində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, əldə edilən uğurlu nailiyyətlər tibb ocaqlarının qabaqcıl dünya ölkələrinin səhiyyə sisteminə transformasiyasına zəmin yaradıb: "Tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, əlçatanlığının təmin edilməsi məqsədilə həyata keçirilən islahatlar səhiyyə sahəsində beynəlxalq təcrübəyə əsaslanan müasir yanaşmanı tələb edir. TƏBİB də bu istiqamətdə bir çox işlər görüb. Son üç ildə şəhər və rayonlarımızda 256 yeni Ailə Sağlamlıq Mərkəzi yaradılıb, həmçinin ilkin səhiyyə xidmətlərinin çeşidləri artırılıb".

V.Qurbanov vurğulayıb ki, 80 tibb müəssisəsində laborator-diaqnostik xidmətlər yenidən təşkil edilib və laborator müayinələrin sayı 3 dəfədən çox artırılıb. Xəstəxanaların müasir tibbi avadanlıqlarla təmin olunması və kadr islahatları ilə bağlı görülən işlər nəticəsində ötən müddət ərzində stasionar cərrahi əməliyyat sayında 60% artım müşahidə edilib. Aylıq ortalama stasionar cərrahi əməliyyat sayı 10 mindən 16 minə qədər yüksəlib. Tibb sahəsində innovasiyaların, elmi nailiyyətlərin tətbiqi mühüm əhəmiyyət kəsb edir. Əlbəttə ki, kadrların bu istiqamətdə peşəkarlıq səviyyəsinin artırılması böyük rol oynayır. Ötən müddətdə TƏBİB tabeliyində olan 15 tibb müəssisəsində xarici ölkələrdə təhsil alan 79 həkim-mütəxəssis işə qəbul edilib.

"Bu gün Qarabağ və Şərqi Zəngəzurda tibbi xidmətin təşkili istiqamətində Ağalı, Hadrut, Laçın, Talış, Cəbrayıl Ailə Sağlamlıq Mərkəzləri, Şuşa Modul Tipli Xəstəxana fəaliyyət göstərir. Eyni zamanda, “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində işğaldan azad edilmiş ərazilərdə məskunlaşacaq əhalinin müayinələrdən keçirilməsi də TƏBİB tərəfindən təmin edilir", - qurum rəhbəri əlavə edib.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Həştərxanda fərdi evdə yanğın zamanı 5 uşaq ölüb
  2. Bakının üç rayonunda qaz təchizatı dayandırılacaq
  3. DTX-nin həbs etdiyi haker: Məqsədim Azərbaycan serverlərində müdaxilənin qarşısı almaq üçün milli proqram yaratmaq idi
  4. FHN: Su basmış yerlərdə 33-ü uşaq olmaqla 135 nəfər təxliyə olunub
  5. Nizami rayonunda 18 yaşlı gənci avtomobil vurub
  6. Yevlaxda yol qəzasında xəsarət alan 8 sərnişin xəstəxanadan evə buraxılıb - YENİLƏNİB
  7. Bakıda körpələr evi-uşaq bağçasında yanğın olub
  8. ADSEA: Yağışların fasiləsiz yağması suların tam çəkilməsinə mane olur
  9. Azərbaycanda yağışlı havaya görə bütün limanlar bağlanıb
  10. Göygöldə qarın hündürlüyü 6 sm-ə çatıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Britaniya Kolumbiyası Universitetinin Blasson Kvant Materiyası İnstitutunun tədqiqatçıları ilk dəfə olaraq metal və birölçülü Ətraflı
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir. “Report” xəbər verir ki, bunu Ətraflı
Bütün xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib