azadses.az » Manset » 30 il sonra nəşi tapılan şəhidin qardaşı: "Anam və atam Cahidin həsrəti ilə dünyadan köçdü"

30 il sonra nəşi tapılan şəhidin qardaşı: "Anam və atam Cahidin həsrəti ilə dünyadan köçdü"

"Anam və atam Cahidin həsrəti ilə dünyadan köçdü".

"Report" xəbər verir ki, bu sözləri Birinci Qarabağ müharibəsi zamanı itkin düşən və nəşi 30 il sonra Xocavənd rayonunun Edilli kəndində tapılan Cahid Nağıyevin qardaşı Şəhadət Nağıyev deyib.

Onun sözlərinə görə, qardaşı həqiqi hərbi xidmətdən qayıtdıqdan sonra döyüşə könüllü olaraq yollanıb: "Qardaşım Cahid çox vətənpərvər oğul idi, onun üçün torpaq, vətən sevgisi hər şeydən üstün idi. Qardaşımdan 30 ildir heç bir xəbər ala bilməmişdik. Döyüş yoldaşlarının dediyinə görə, Cahid minaya düşüb. O, itkin düşməzdən əvvəl bizə sevdiyi xanım olduğunu demişdi. Biz də bütün hazırlıqları görmüşdük. Əgər itkin düşməsəydi, bir həftə sonra qardaşım üçün elçi gedəcəkdik".

Ş.Nağıyev bildirib ki, ana və atası Cahidin həsrəti ilə bir neçə il öncə dünyalarını dəyişiblər: "Anam və atam illərlə oğullarının yolunu gözlədilər və onun həsrətilə də dünyadan köçdülər. Bu gün çox kədərliyik, ancaq gözümüzün yollardan çəkildiyi üçün də sevinirik. Çox şükür, artıq torpaq dərdimiz də yoxdur. Azərbaycan Ordusunun şücaəti sayəsində torpaqlarımız işğaldan azad olundu, qaçqın adı üstümüzdən götürüldü. Bu gün qardaşımın da ruhu şaddır. Anamla atamı Füzuli rayonunda dəfn etmişik. Onlar vəsiyyət etmişdilər ki, qardaşım tapılarsa, onların yanında dəfn edək. Biz də onların vəsiyyətini yerinə yetirərək qardaşımı doğulduğu Füzuli rayonunda dəfn edəcəyik".

Qeyd edək ki, Nağıyev Cahid Şəfa oğlunun 1969-cu il avqustun 26-da Füzuli rayonunun Aşağı Seyidəhmədbəyli kəndində anadan olub. O, 1993-cü il avqustun 8-də Füzuli rayonunda, “Murquzlu” dağı "Üçtəpə" yüksəkliyi ərazisində itkin düşüb. Onun meyitinin qalıqları 30 il sonra Xocavənd rayonunun Edilli kəndində tapılıb.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Salyanda yay şumu qaldırılır
  2. Abşeronda 56 yaşlı kişi yol-nəqliyyat hadisəsində xəsarət alıb
  3. Xəzər dənizində 4 maqnitudalı zəlzələ olub
  4. Şəmkirdə avtomobillər toqquşub, xəsarət alanlar var
  5. Yevlaxda ağacdan yıxılaraq ağır xəsarət alan kişi xəstəxanada ölüb
  6. Myanmada qasırğada ölənlərin sayı 220 nəfəri ötüb
  7. Ağcabədidə yol qəzasında ağır xəsarət alan azyaşlı Bakıya gətirilib
  8. Goranboyda yanğın zamanı xəsarət alan körpə ölüb
  9. Qusarda yük avtomobili dərəyə aşıb, ölən var
  10. Türkiyə vətəndaşı Bakı-Quba yolunda sükan arxasında ölüb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir. "Report" xəbər verir ki, bunu Elm və Təhsil Ətraflı
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvar rayonunda 1 171 şagird birinci sinfə gedəcək. "Report"un Muğan bürosunun məlumatına görə, həmçinin Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu