Azərbaycan millisindən kənarlaşdırılan futzalçı: "Yəqin mənim də səhvim olub"
"Yəqin mənim də səhvim olub".
Bunu "Report"a açıqlamasında futzal üzrə Azərbaycan millisindən uzaqlaşdırılan İsa Atayev deyib.
34 yaşlı oyunçu qərarı baş məşqçi Vitali Borisovun verdiyini söyləyib: "Komandanın qarşıdakı oyununda mən olmayacağam. Səbəbini isə bilmirəm. Sadəcə, deyildi ki, kənarlaşdırılmısan".
Atayev səhvsiz oyunçunun olmadığını vurğulayıb: "Onda gərək bütün komandanı uzaqlaşdırardılar. Kobud səhv olsa belə, buna görə bir oyunçunu kənarlaşdırmırlar. Yəqin ki, rəhbərlik və məşqçi birlikdə qərar qəbul ediblər".
Futzalçı yenidən yığmaya dəvət almaq ehtimalı ilə bağlı da danışıb: "Hər şey ola bilər. Bəlkə bu qarşılaşmadan sonra yenə dəvət aldım. Milli komandaya nə vaxt lazım olsam, hazıram. Ümid edirəm ki, yenidən çağıracaqlar".
Qeyd edək ki, Azərbaycan yığması DÇ-2024-ün elit mərhələsində sentyabrın 20-də Bakı İdman Sarayında Niderlandı qəbul edəcək. Milli daha əvvəl səfərdə Rumıniyaya uduzub - 1:3.