azadses.az » Manset » Xərçənglə mübarizə aparan viruslar aşkar edilib

Xərçənglə mübarizə aparan viruslar aşkar edilib

Rusiya Səhiyyə Nazirliyinin Seçenov Universitetinin molekulyar virusologiya laboratoriyasının mütəxəssisləri xərçənglə mübarizə vasitəsi kimi vezikulyar stomatit, “Nyukasl” və “miksoma” xəstəliklərinə səbəb olan virusları sınaqdan keçiriblər. Bu məqsədlə viruslar xüsusi olaraq zəiflədilib.

Seçenov Universitetindən verilən məlumata görə, bu onkolitik virusların istifadəsi minimum əlavə təsirlərlə xərçəngin müalicəsinin daha effektiv üsullarını yaratmağa imkan verəcək.

Onkolitik viruslar xərçəng hüceyrələrini yoluxdurmaq və məhv etmək qabiliyyətinə malikdir. Xərçəngin müalicəsində bu cür üsullarla ilk təcrübələr 1960-cı illərdə başlayıb. Halbuki, əvvəllər virusların istifadəsi orqanizmdə güclü immun reaksiyalarına səbəb olmuşdur. Müasir texnologiyalar patogenləri dəyişdirməyə imkan verdi və onları insanlar üçün təhlükəsiz etdi.

Tədqiqatçılar vezikulyar stomatit, “Nyukasl” xəstəliyi (quş virusu) və “miksoma” (dovşan virusu) viruslarını zəiflədərək, onlar tez metastaz verən melanomanın aqressiv forması olan siçanlara tətbiq edilib. Eksperimental gəmiricilərin bir ay ərzində müşahidəsi göstərdi ki, molekulyar stomatit virusu eksperimental müalicə almayan heyvanlarla müqayisədə birincili və ikincili şişlərin inkişafını 50% ləngidir.

Digər viruslar daha az təsirli olsa da, xərçəngin inkişafının qarşısını alıb. Bundan əlavə, virus terapiyası siçanların aktivliyini və iştahasını qoruyub saxlamağa kömək edib.
“Demək olar ki, istənilən virusu xərçəng hüceyrələrinə təsir etmək üçün adaptasiya etmək mümkündür. Xərçəng müalicəsində onkolitik viruslar həm müstəqil vasitə, həm də terapevtik molekullar üçün daşıyıcı rolunu oynaya bilər. Virus xərçəng hüceyrələrində çoxalır və onları məhv edir, xüsusi zülallar isə şiş hüceyrələrinin səthindəki müəyyən reseptorları bloklayaraq, şişi orqanizmdə aşkar etməyə kömək edir və bununla da xəstənin öz immun sistemini aktivləşdirir ki, o, özü xəstəliklə mübarizə aparsın”, - deyə Seçenov Universitetinin molekulyar virusologiya laboratoriyasının rəhbəri Aleksandr Maloqolovkin bildirib.

Onkolitik virusların sağlam hüceyrələrdə arta bilməməsi vacib amildir, buna görə də bu cür müalicə həm şişi, həm də sağlam hüceyrələri məhv edən kimyaterapiya və radioterapiyadan daha az aşkar əlavə təsirlərə malik olacaq.

Tədqiqat “Prioritet 2030” strateji və akademik liderlik proqramı çərçivəsində Rusiya Xalqlar Dostluğu Universiteti və Virusologiya və Mikrobiologiya Federal Tədqiqat Mərkəzinin tədqiqatçıları ilə birlikdə baş tutub.

Mənbə: Gazeta.ru
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Talaçay çayından sel keçir
  2. Çaylarda sululuq artdı
  3. Ötən gün vətəndaşların bank kartlarından 6 min manatdan çox pul oğurlanıb
  4. Şirvanda 6 aylıq körpə ölü doğulub
  5. Bakıda "moyka"da kişini elektrik cərəyanı vuraraq öldürüb
  6. Qubada elektrik enerjisinin verilişində fasilə yaranacaq
  7. DİN: Ötən gün bank kartlarından oğurluq qeydə alınmayıb
  8. “Qantas Airlines” aviaşirkətinin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib
  9. Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
  10. Sabirabadda çətənə kolları yetişdirməkdə şübhəli bilinən 4 nəfər həbs olunub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Bu gün Xankəndi, Xocalı, Cəbrayıl və Şuşada məktəblərdə "Son zəng" keçirilir. Bunu elm və təhsil nazirinin müavini Ətraflı
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur. Bunu "Report"a açıqlamasında elm və təhsil nazirinin müavini Həsən Ətraflı
Bütün xəbərlər
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib