azadses.az » Manset » İşçi qrup: Kanada parlamentini Azərbaycanla münasibətlərə xələl gətirən addımlardan çəkinməyə çağırırıq

İşçi qrup: Kanada parlamentini Azərbaycanla münasibətlərə xələl gətirən addımlardan çəkinməyə çağırırıq

Kanada Parlamenti Ermənistanın bu cür təxribat xarakterli bəyanatlarına qarşı ayıq olmalı, regionda sülh prosesini, həmçinin parlamentlərimiz arasında dostluq münasibətlərinin qorunması üçün öz mövqeyini açıq şəkildə bildirməli və Parlamentdə münasibətlərimizə xələl gətirən addımların atılmasına yol verməməlidir.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan-Kanada Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun bəyanatında deyilir.

Bəyanatda bildirilir: "Biz Azərbaycan-Kanada Parlamentlərarası əlaqələr üzrə işçi qrupu olaraq, Kanada Parlamentində Qondarma “Kanada-Artsax Dostluq Qrupunun” verdiyi sonuncu bəyanatla bağlı öz dərin hiddətimizi bildiririk. Kanada Parlementində qondarma qrup tərəfindən verilən bəyanat Azərbaycanın suveren hüquqlarına açıq-aşkar hörmətsizlik edərək, beynəlxalq hüququn norma və prinsiplərinə ziddir. Təəssüf doğuran başqa bir məqam da budur ki, bu bəyanat Kanada Parlamentində yaradılmış və mövcud olmayan qondarma qurumun “Dostluq Qrupu” adından verilmişdir.

Azərbaycan işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri apardığı, regionda sülh və təhlükəsizliyin təmin olunması istiqamətində səylər göstərdiyi halda, Qarabağ regionundakı etnik erməniləri girovluqda saxlayan separatçı ünsürlər və onları dəstəkləyən revanşist qüvvələr, həmçinin Ermənistan və onların havadarları bu səyləri pozmaq üçün gecə-gündüz çalışırlar.

Azərbaycan Qarabağda yaşayan etnik ermənilərlə müzakirələr aparmaq, eləcə də həmin erməni sakinlərin Azərbaycan cəmiyyətinə reinteqrasiyasını asanlaşdırmaq üçün xüsusi nümayəndə təyin etmişdir. O cümlədən, Prezident İlham Əliyev Azərbaycanın Qarabağ bölgəsində yaşayan etnik erməni sakinlərinin mədəni, dini, təhsil və bələdiyyə hüquqlarının qorunacağına zəmanət vermişdir.

Təəssüflə qeyd etmək istərdik ki, Qarabağ bölgəsindəki separatçı rejim Azərbaycanın təkliflərinə məhəl qoymur hətta bu təkliflərin reallaşmasına — Azərbaycan Qırmızı Aypara Cəmiyyəti tərəfindən göndərilən ərzaq yardımlarının etnik ermənilərə çatdırılmasına mane olmaq üçün Ağdam-Xankəndi yolunu bağlamışdır.

Azərbaycanın açıq şəkildə irəli sürdüyü təkliflərdən biri də odur ki, Ağdam-Xankəndi yolu açıldığı təqdirdə, Laçın yolu da işlək vəziyyətə salınacaqdır. Bu təklif təkcə Azərbaycan tərəfindən deyil, beynəlxalq tərəfdaşlar və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası çərçivəsində keçirilən son müzakirələrdə də təsdiqlənmişdir.

Azərbaycanın Qarabağ bölgəsindəki qondarma separatçı rejim Ermənistanın Azərbaycanın suveren ərazilərini işğalını və etnik təmizləməsini ört-basdır etmək üçün istifadə edilən və hal-hazırda Ermənistan tərəfindən dəstəklənən bir alətdir.

Kanada Parlamentində verilən bu kimi bəyanat bir yana qalsın, ümumiyyətlə, Kanada Parlamentində belə bir qrupun olması, Kanadanın xarici siyasəti, beynəlxalq hüququn norma və prinsiplərində tutduğu mövqeyinə ziddir və biz də bunu doğru hesab etmirik".
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Şəmkirdə avtomobillər toqquşub, xəsarət alanlar var
  2. Yevlaxda ağacdan yıxılaraq ağır xəsarət alan kişi xəstəxanada ölüb
  3. Myanmada qasırğada ölənlərin sayı 220 nəfəri ötüb
  4. Ağcabədidə yol qəzasında ağır xəsarət alan azyaşlı Bakıya gətirilib
  5. Goranboyda yanğın zamanı xəsarət alan körpə ölüb
  6. Qusarda yük avtomobili dərəyə aşıb, ölən var
  7. Türkiyə vətəndaşı Bakı-Quba yolunda sükan arxasında ölüb
  8. Göygöldə yük avtomobili dəmir maneə çırpılıb, xəsarət alanlar var
  9. Şəmkirdə həkimi avtomobil vuraraq öldürüb
  10. Şəmkirdə 71 yaşlı kişi yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir. "Report" xəbər verir ki, bunu Elm və Təhsil Ətraflı
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvar rayonunda 1 171 şagird birinci sinfə gedəcək. "Report"un Muğan bürosunun məlumatına görə, həmçinin Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu