azadses.az » Manset » Metyu Brayza: “Fransa və ekstremist ermənilər Qarabağın statusu məsələsini yenidən gündəmə gətirməyə çalışır”

Metyu Brayza: “Fransa və ekstremist ermənilər Qarabağın statusu məsələsini yenidən gündəmə gətirməyə çalışır”

“Fransa və Qarabağdakı separatçı, ekstremist ermənilər Qarabağın hüquqi statusu məsələsini yenidən gündəmə gətirməyə cəhd edirlər”.

Bunu “Report”a açıqlamasında beynəlxalq ekspert, Ceymstaun Fondunun İdarə Heyətinin üzvü, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib.

O qeyd edib ki, İkinci Qarabağ müharibəsinin başa çatdığı və Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında atəşkəs bəyanatını imzaladığı gündən, yəni 10 noyabr 2020-ci ildən bəri Fransa hökumətinin rəsmi mövqeyi Bakını müharibəyə görə günahlandırmaqdan ibarət olub:

“Fransa Qarabağın hazırda Rusiya sülhməramlılarının nəzarətində olan və erməni separatçılarının yerləşdiyi hissəsinin hüquqi statusunun dəyişdirilməsi məsələsini açıq saxlamağa çalışır. Ermənistanın baş naziri Nikol Paşinyanın da razılaşdığı atəşkəs sazişi Qarabağın hüquqi statusunun dəyişdirilməsinin mümkünlüyünü özündə ehtiva etməməsinə, həmçinin Nikol Paşinyanın “Ermənistan Azərbaycanın Qarabağ da daxil olmaqla ərazi bütövlüyünü tanımağa hazırlaşır” sözlərinə rəğmən, Fransa hökumətinin atdığı addımlar məhz Qarabağın hüquqi statusunun dəyişdirilməsinə, həmin bölgənin muxtar ərazi və ya Ermənistanın parçası kimi tanınmasına nail olmağa yönəlib”.

Azərbaycanın Qızıl Aypara Cəmiyyətinin Xankəndiyə göndərdiyi yardımı ermənilərin hələ də qəbul etməməsi məsələsinə gəldikdə isə M.Brayza bildirib ki, bunlar erməni diasporunun oyunlarıdır:

“Bütün bu gərginliklərin səbəbi Qarabağın etnik erməni icmasının ekstremist üzvlərinin dəhşətli dərəcədə revanşist və milliyyətçi erməni diasporunun, məsələn, Amerika Erməni Milli Komitəsinin dəstəyi ilə İrəvan hökumətinə göstərdiyi siyasi təzyiqlərdir. Onlar da Qarabağın hüquqi statusu məsələsini yenidən gündəmə gətirməyə çalışırlar.

Nəticə olaraq erməni tərəfi Ağdam-Xankəndi yolu vasitəsilə gələn humanitar yardımı rədd edib, sadəcə Ermənistandan Laçın yolu vasitəsi ilə gələn yardımı qəbul etmək istəyirlər. Bu isə beynəlxalq humanitar hüquqa əsaslanan humanitar yardım məsələsinin siyasiləşdirmənin nümunəsidir. Çünki beynəlxalq humanitar hüquqa əsasən, humanitar yardım mümkün olan yollardan çatdırılmalı və qəbul edilməlidir”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Talaçay çayından sel keçir
  2. Çaylarda sululuq artdı
  3. Ötən gün vətəndaşların bank kartlarından 6 min manatdan çox pul oğurlanıb
  4. Şirvanda 6 aylıq körpə ölü doğulub
  5. Bakıda "moyka"da kişini elektrik cərəyanı vuraraq öldürüb
  6. Qubada elektrik enerjisinin verilişində fasilə yaranacaq
  7. DİN: Ötən gün bank kartlarından oğurluq qeydə alınmayıb
  8. “Qantas Airlines” aviaşirkətinin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib
  9. Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
  10. Sabirabadda çətənə kolları yetişdirməkdə şübhəli bilinən 4 nəfər həbs olunub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Bu gün Xankəndi, Xocalı, Cəbrayıl və Şuşada məktəblərdə "Son zəng" keçirilir. Bunu elm və təhsil nazirinin müavini Ətraflı
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur. Bunu "Report"a açıqlamasında elm və təhsil nazirinin müavini Həsən Ətraflı
Bütün xəbərlər
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib