azadses.az » Manset » Səhiyyə Nazirliyi COVID-19-un yeni ştamı ilə bağlı əhaliyə müraciət edib

Səhiyyə Nazirliyi COVID-19-un yeni ştamı ilə bağlı əhaliyə müraciət edib

“COVID-19-un Omikron ştamının yeni altnövü EG.5 əvvəlki digər altnövlərdən daha yüksək səviyyəli yoluxuculuğu ilə fərqlənir və bu virusun təbii təkamülündə bir mərhələdir”.

Bunu “Report”un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

Onun sözlərinə görə, yəni təkamül prosesində çoxsaylı mutasiyalar baş verir və yeni altnövlər əmələ gəlsə də, bunlardan yalnız ən sürətlisi daha çox yayılır:

“Yayılma sürəti həmin növün insanlarda koronavirusa qarşı mövcud immunitetdən yayınmaq qabiliyyəti ilə müəyyən olunur. Beləliklə bu növlərdən biri və ya bir neçəsi daha çox yayılır və müəyyən vaxt ərzində dominantlıq edir. Bu hal sonradan daha sürətli variantın peyda olmasınadək davam edir”.

Mütəxəssis qeyd edib ki, hər yeni sürətli variantın əmələ gəlməsi anında müəyyən narahatlıqlar yaranır:

“Lakin indiyədək bu alt variantın daha ağır hallar törətməsinin sübutu yoxdur. Yəni, intensiv terapiya bloklarında artım müşahidə olunmur, bu infeksiyadan ölüm halları isə azalmaqda davam edir”.

T.Eyvazov vurğulayıb ki, istənilən halda epidemioloji proses diqqətlə izlənilməlidir:

“Azərbaycanda EG.5 ştamının olması barədə rəsmi məlumat yoxdur. Ümumilikdə koronavirus infeksiyası dalğalarla yayılan infeksiya kimi səciyyələnir. Növbəti dalğalar olsa, əhali daha diqqətli olmalıdır. Qorunma tədbirləri bütün növlər üçün eynidir”.

“Hələ ki, ölkədə epidemioloji durum nəzarət olunandır, yoluxuculuq minimal həddədir. Lakin artımlar olsa, xüsusən də payız-qışa mövsümündə nəinki koronovirusdan, o cümlədən bütün respirator viruslardan qorunma tədbirlərinə hər bir şəxs tərəfindən ciddi əməl olunmalıdır. Mövsümlə əlaqədar risk qrupuna daxil olan şəxslər qripə qarşı, o cümlədən koronovirusa qarşı peyvənd olunması məsləhətdir. İnfeksiyaların alovlanmaları zamanı əhaliyə qapalı məkanlarda maska geyinmək və s. kimi tövsiyələr olsa da, daha sərt tədbirlərin görülməsinə ehtiyacın olmayacağı güman olunur. Səhiyyə Nazirliyi və digər aidiyyəti dövlət qurumları beynəlxalq təcrübəyə əsaslanaraq epidemioloji prosesi daim izlənilir və bütün mümkün qabaqlayıcı tədbirlər görülür. Bu tədbirlər çərçivəsində əhalinin kütləvi informasiya vasitələri ilə dürüst məlumatlandırılması da böyük əhəmiyyət daşıyır”, - infeksionist əlavə edib.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Talaçay çayından sel keçir
  2. Çaylarda sululuq artdı
  3. Ötən gün vətəndaşların bank kartlarından 6 min manatdan çox pul oğurlanıb
  4. Şirvanda 6 aylıq körpə ölü doğulub
  5. Bakıda "moyka"da kişini elektrik cərəyanı vuraraq öldürüb
  6. Qubada elektrik enerjisinin verilişində fasilə yaranacaq
  7. DİN: Ötən gün bank kartlarından oğurluq qeydə alınmayıb
  8. “Qantas Airlines” aviaşirkətinin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib
  9. Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
  10. Sabirabadda çətənə kolları yetişdirməkdə şübhəli bilinən 4 nəfər həbs olunub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Bu gün Xankəndi, Xocalı, Cəbrayıl və Şuşada məktəblərdə "Son zəng" keçirilir. Bunu elm və təhsil nazirinin müavini Ətraflı
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur. Bunu "Report"a açıqlamasında elm və təhsil nazirinin müavini Həsən Ətraflı
Bütün xəbərlər
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib