azadses.az » Manset » Bu gün Litvada NATO-nun sammiti başlayır

Bu gün Litvada NATO-nun sammiti başlayır

Bu gün Litvanın paytaxtı Vilnüsdə NATO-nun növbəti sammiti başlayır.

“Report” xəbər verir ki, toplantıda Alyansa daxil ölkələrin liderləri iştirak edəcək.

Vilnüs vaxtı ilə saat 13:30-da rəsmi salamlama olacaq. Alyansın Baş katibi Yens Stoltenberq və Litva Prezidenti Gitanas Nauseda ayrı-ayrılıqda bütün liderlərlə görüşəcəklər. Ardınca ailə fotosu çəkiləcək. Saat 15:30-da açılış mərasimi keçiriləcək. Təxminən 1 saat sonra Estoniya, Latviya, Litva arasında hava məkanının təhlükəsizliyi ilə bağlı əməkdaşlıq bəyannaməsi imzalanacaq.

Saat 17:30-da Y.Stoltenberq mətbuat konfransı keçirəcək. Bundan sonra xarici işlər nazirləri səviyyəsində görüş olacaq. Yarım saat sonra müdafiə nazirlərinin iclası baş tutacaq.

Saat 19:00-da dövlət və hökumət başçılarının rəsmi şam yeməyi olacaq.

Vilnüs sammitində bir neçə məsələ müzakirə olunacaq. Onlar beynəlxalq təhlükəsizliyə cari təhdidlər fonunda, xüsusən də Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi ilə əlaqədar Şimali Atlantika Alyansının üzləşdiyi çağırışlara aiddir.

Sammitin gündəliyində aşağıdakı mövzular var:

1. Alyans yeni regional müdafiə planları, yeni qüvvə modelləri və sürətli reaksiya bölmələrinin sayının artırılmasını təsdiq edəcək.

2. Ukraynaya dəstək.

3. Müdafiə İnvestisiyaları - NATO üzvü olan ölkələr müdafiə qabiliyyətini artırmaq üçün hər il ÜDM-nin ən azı 2%-ni xərcləyəcəklər.

4. Tərəfdaşlıq məsələləri - Avropa, Hind-Sakit okean regionu və beynəlxalq təşkilatlar, o cümlədən Aİ-dəki tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi. İsveçin NATO-ya daxil olması məsələsi.

5. Təhlükəsizlik çağırışları - iqlim dəyişikliyi üzrə fəaliyyət planının razılaşdırılması, kritik infrastrukturun mühafizəsi sahəsində Aİ ilə əməkdaşlığın genişləndirilməsi. Ən son texnologiyaların, o cümlədən süni intellektin, avtonom sistemlərin və kvant texnologiyalarının inkişafı üçün investisiya fondunun yaradılması.

Alyans Ukraynaya nə təklif edə bilər?

Sammitdən əvvəl NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Alyansa üzv olan ölkələr Ukraynanın qələbəsini təmin etməyi ən mühüm vəzifə hesab edirlər. Ona görə də Rusiya ilə müharibədə qələbə NATO-ya daxil olmaq məsələdə şərt olacaq. Vilnüs sammitində Alyansın üzvləri Kiyevə güclü dəstək ifadə edəcəklər.

O vurğulayıb ki, Vilnüsdə müttəfiqlərin Ukrayna üçün razılaşdıracaqları məsələlər bunlardır: uzunmüddətli perspektivdə dəstəyin artırılması, Ukrayna və NATO silahlı qüvvələrinin tam qarşılıqlı fəaliyyətini təmin edəcək çoxillik yardım proqramı.

Qeyd edək ki, toplantı 2 gün davam edəcək və sabah, iyulun 12- də başa çatacaq.

Sammitə 10 milyon avro xərclənib

Vilnüs rəhbərliyi sammitə hazırlıq üçün təxminən 10 milyon avro xərcləyib. O cümlədən bir neçə küçədə asfalt örtüyü dəyişdirilib, yeni piyada səkiləri salınıb və infrastrukturda digər abadlıq işləri aparılıb. Hökumət daha əvvəl Litvanın NATO sammitinə ev sahibliyi etmək üçün ümumi xərclərinin təxminən 38 milyon avro təşkil edəcəyini açıqlamışdı. Sammit zamanı Vilnüsdə nəqliyyatın hərəkətinə məhdudiyyətlər qoyulub və köhnə şəhərin əksər hissəsi yalnız piyadalar üçün əlçatan olacaq.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Talaçay çayından sel keçir
  2. Çaylarda sululuq artdı
  3. Ötən gün vətəndaşların bank kartlarından 6 min manatdan çox pul oğurlanıb
  4. Şirvanda 6 aylıq körpə ölü doğulub
  5. Bakıda "moyka"da kişini elektrik cərəyanı vuraraq öldürüb
  6. Qubada elektrik enerjisinin verilişində fasilə yaranacaq
  7. DİN: Ötən gün bank kartlarından oğurluq qeydə alınmayıb
  8. “Qantas Airlines” aviaşirkətinin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib
  9. Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
  10. Sabirabadda çətənə kolları yetişdirməkdə şübhəli bilinən 4 nəfər həbs olunub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Bu gün Xankəndi, Xocalı, Cəbrayıl və Şuşada məktəblərdə "Son zəng" keçirilir. Bunu elm və təhsil nazirinin müavini Ətraflı
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur. Bunu "Report"a açıqlamasında elm və təhsil nazirinin müavini Həsən Ətraflı
Bütün xəbərlər
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib