azadses.az » Manset » Daha bir dəyərli həkimi itirdik - Fotolar

Daha bir dəyərli həkimi itirdik - Fotolar

Azərbaycan səhiyyəsi koronavirusla mübarizədə daha bir dəyərli həkimini itirib.
"Azad Səs“Qafqazinfo-ya istinadən xəbər verir ki, Aprel döyüşlərində yüzlərlə əsgər və zabitin həyatını xilas etmiş tibb xidməti mayoru, Mərkəzi Hərbi Hospitalın anestezioloq-reanimatoloqu 39 yaşlı Teymur Cəfərov iyulun 31-nə keçən gecə saat 05:00 radələrində koronavirusdan dünyasını dəyişib.
Teymur Rəcəbov uzun illər Mərkəzi Hərbi Hospitalda anestezioloq-reanimatoloq kimi fəaliyyət göstərib. Cavan olmasına baxmayaraq, istər aprel döyüşlərində, istərsə də, ön cəbhədə ola bilən istənilən vəziyyətdə  həm zabit, həm də Hipokrat andına hər zaman sadiq olub. Hər zaman tapşırıqlarda ən öndə gedən insanlar içərisində yer alması xüsusiyətindən əlavə, həm də öz professional həyatında, həkimlik peşəsində yüksək intellekti və yüksək bacarığı ilə sayılıb-seçilən insanlardan biri olub. Hər zaman da fəaliyyət göstərdiyi mərkəzin rəhbərliyi tərəfindən təqdir olunan və hamı tərəfindən sevilən bir insan olub. Əfsuslar olsun ki, koronavirus xəstələrinin müalicəsi ilə məşğul olarkən Teymur Cəfərov özü də xəstələndi və uzun müddət müalicələrə baxmayaraq dinamikasında müsbət gediş olmayınca təxminən 2 həftə əvvəl EKMO cihazına qoşulma qərarı verildi və həmin cihaz vasitəsilə hemodinamik stabillik saxlanıldı. Mərkəzi Hərbi Hospitalda bu prosedurdan sonra araşdırmalar aparılıb və bəlli oldu ki, Teymur Cəfərovda daha iki fərqli problem olub. Bunlardan biri ürəyin covidə yoluxmasına bağlı, digəri isə yuxarı tənəffüs yolu infeksiyasının ciddiləşməsinə bağlı problem idi. Bu mərhələdən sonra Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığına əsasən bütün görülə biləcək tibbi imkanlar səfərbər olunmuşdu. Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, tanınmış kardioloq Rəşad Mahmudov saytımıza açıqlamasında bildirib ki, 3 dəfə fərqli zamanlarda ürək ətrafında olan infeksiyaların və Covid-ə bağlı əmələ gəlmiş mediastenitin mübarizəsi üçün  Teymur Cəfərov əməliyyat olundu.
“Əməliyyatlar uğurlu keçsə də, əfsuslar olsun ki, superinfeksiya immun sistemini zəiflədərək septik şok vəziyyəti əmələ gəldi. Septik şokla aparılan mübarizəyə baxmayaraq Teymur həkimi bu gecə itirdik”.
R.Mahmudovun sözlərinə görə, T.Cəfərovun sağalması üçün tibbin bütün imkanlarından istifadə olunmuşdu:
“Bir həkim, səhiyyə eksperti kimi, birbaşa olaraq Teymur həkimin müalicə gedişatında xüsusi ilə EKMO taxılmasında requlyator rolunu oynayan insan kimi onu deyə bilərəm ki, geriyə baxdığımız zaman Azərbaycan dövləti, səhiyyəsi, ona xidmət edən həkim və orta tibb personalına qədər hər kəsin könlü rahatdır. Çünki Azərbaycan tibbi, səhiyyəçiləri Teymur Cəfərovun qarşısında olan vəzifələrini şərəflə yerinə yetirdilər. Hər nə qədər nəticədə məglub olsaqda, onun ruhu qarşısında Azərbaycan səhiyyəsi də, Mehriban xanımın timsalında bütün hökumət üzvləri də, hamımız öz vəzifə borcumuzu yerinə yetirdik. Bütün imkanlardan istifadə olundu. Texniki olaraq dünyanın ən inkişaf etmiş ölkələrində həyata keçirilən prosedurlar həyata keçirildi, ancaq təəssüf ki,..”.Qeyd edək ki, Teymur Cəfərovun ölümü həm  həmkarlarının, həm də ictimaiyyət nümayəndələrinin dərin hüznünə səbəb olub. Onlar Teymur Cəfərovun ölümü ilə bağlı sosial şəbəkələrdə paylaşımlar edərək başsağlığı veriblər.
Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Otorinolarinqologiya bölməsinin rəisi,  Silahlı Qüvvələrin Baş otorinolarinqoloqu Elnur Əkbərov Teymur Cəfərovun ölümü ilə bağlı dərin kədər hissi keçirdiyini ifadə edib: “Çətin peşəsinə baxmayaraq hər zaman özünü pozitiv göstərən, ən çətin pasiyentlərlə çəkinmədən işləyən və gözəl nəticələr əldə edən İnsan və Peşəkar-Allah sənə rəhmət etsin!”.

DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Şəmkirdə avtomobillər toqquşub, xəsarət alanlar var
  2. Yevlaxda ağacdan yıxılaraq ağır xəsarət alan kişi xəstəxanada ölüb
  3. Myanmada qasırğada ölənlərin sayı 220 nəfəri ötüb
  4. Ağcabədidə yol qəzasında ağır xəsarət alan azyaşlı Bakıya gətirilib
  5. Goranboyda yanğın zamanı xəsarət alan körpə ölüb
  6. Qusarda yük avtomobili dərəyə aşıb, ölən var
  7. Türkiyə vətəndaşı Bakı-Quba yolunda sükan arxasında ölüb
  8. Göygöldə yük avtomobili dəmir maneə çırpılıb, xəsarət alanlar var
  9. Şəmkirdə həkimi avtomobil vuraraq öldürüb
  10. Şəmkirdə 71 yaşlı kişi yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir. "Report" xəbər verir ki, bunu Elm və Təhsil Ətraflı
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvar rayonunda 1 171 şagird birinci sinfə gedəcək. "Report"un Muğan bürosunun məlumatına görə, həmçinin Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu