azadses.az » Manset » Bəzi ölkələrdə COVID-19-la bağlı məhdudiyyətlər aradan qaldırıldı

Bəzi ölkələrdə COVID-19-la bağlı məhdudiyyətlər aradan qaldırıldı

Bu gündən etibarən bir sıra ölkələrdə koronavirus infeksiyasının yayılması ilə əlaqədar tətbiq olunan məhdudlaşdırıcı tədbirlər tədricən yumşaldılmağa başlayır.
Bu barədə “RİA Novosti” xəbər yayıb.
Mayın 4-dən İtaliyada bar və restoranlar yenidən fəaliyyətə başlayıb, sənaye istehsalı bərpa olunub, tikinti sahələri, parklar açılıb.İspaniyada bəzi özəl müəssisələr, restoranlar açılıb, fərdi idman məşqlərinə izn verilib.
Belçikada müştərilərlə birbaşa əlaqə qurmayan şirkətlərin işinə icazə veriləcək.
Yunanıstanda vətəndaşların öz rayonları daxilində hərəkətinə qoyulan məhdudiyyətlər aradan qaldırılıb. Kitab, elektron məhsullar və idman malları mağazaları açılıb, habelə bəzi xidmət müəssisələri - bərbərxana xidmətlərinə və avtomobillərin texniki yoxlanılmasına icazə verilib. Həmçinin, kilsələr fərdi ibadət üçün açılıb.
Kiprdə turizm agentlikləri, əksər pərakəndə mağazalar işə başlayıb. Dövlət sektorunda iş bərpa edilib, vətəndaşların sərbəst hərəkətinə və ibadət yerlərinə getməsinə icazə verilib.
Polşada otellər məhdud sayda ziyarətçi qəbul etmək şərtilə işə başlayıb, altı nəfərdən çox insanın məşq etməməsi şərtilə isə stadionlar açılıb.
Bu gündən Kanadanın bəzi əyalətlərində balıq ovu, qolf və kempinqə icazə verilib, bərbərxanalar, pərakəndə satış mağazaları açılıb.
Ekvadorda məhdudiyyətlər “qırmızı” və “sarı” bölgələrdə təyinatına uyğun mərhələlərlə yumşaldılır. “Yaşıl” bölgələrdə isə insanlara tam sərbəstlik verilib.
Tunisdə dövlət qurumlarının, qida sənayesi, tikinti və xidmət sektorunun işləri qismən bərpa edilib.
Nigeriya federal paytaxt bölgəsində, həmçinin, Laqos və Oqun əyalətlərində mərhələli olaraq məhdudiyyətlərin qaldırılmasına başlanılıb.
Qazaxıstanda bərbərlik fəaliyyətinə icazə verilib, sahəsi 500 kvadratmetrə qədər olan qeyri-ərzaq mağazaları, tibb mərkəzləri, stomatoloji klinikalar, çiçək köşkləri, əmlak şirkətləri, reklam agentlikləri, hüquqşünaslar, notariuslar, mikromaliyyə təşkilatları, sığorta şirkətləri, lombardlar, mübadilə məntəqələri fəaliyyətə başlayıb.
Qeyd edək ki, mayın 4-dən etibarən Azərbaycanda da məhdudlaşdırıcı tədbirlər tədricən yumşaldılmağa başlayıb.

DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Talaçay çayından sel keçir
  2. Çaylarda sululuq artdı
  3. Ötən gün vətəndaşların bank kartlarından 6 min manatdan çox pul oğurlanıb
  4. Şirvanda 6 aylıq körpə ölü doğulub
  5. Bakıda "moyka"da kişini elektrik cərəyanı vuraraq öldürüb
  6. Qubada elektrik enerjisinin verilişində fasilə yaranacaq
  7. DİN: Ötən gün bank kartlarından oğurluq qeydə alınmayıb
  8. “Qantas Airlines” aviaşirkətinin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib
  9. Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
  10. Sabirabadda çətənə kolları yetişdirməkdə şübhəli bilinən 4 nəfər həbs olunub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Bu gün Xankəndi, Xocalı, Cəbrayıl və Şuşada məktəblərdə "Son zəng" keçirilir. Bunu elm və təhsil nazirinin müavini Ətraflı
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur. Bunu "Report"a açıqlamasında elm və təhsil nazirinin müavini Həsən Ətraflı
Bütün xəbərlər
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib