azadses.az » Manset » ANS Şirkətlər Qrupu Rəsulzadə və AXC haqqında film çəkəcək

ANS Şirkətlər Qrupu Rəsulzadə və AXC haqqında film çəkəcək

Milli Qəhrəman Çingiz Mustafayev adına Fondla təsdiqlənən ssenari əsasında filmin çəkilişinə bu il start veriləcək
Bu gün 31 Yanvar 2020-ci il Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banisi Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür. Dünən Əmin bəyin anadan olmasının 136-cı ildönümünə həsr olunan "Məhəmməd Əmin Rəsulzadə irsi, müstəqillik, demokratiya və dövlətçilik dəyərləri sistemində" mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb. ANS Şirkətlər Qrupunun Prezidenti, rejissor Vahid Mustafa yev də bu möhtəşəm tədbirin iştirakçısı olub. İstiPress oxuyuculara onun çıxışını təqdim edir. 
"Hörmətli Xanımlar və Cənablar, əziz Əminçilər:
31 Yanvar 2020-ci il bütün mütərəqqi Azərbaycanlılar Məhəmməd Əmin Rəsulzadənin 136 illiyini qeyd edəcək. Düşünürəm dünyada azadlıq və istiqlaliyyət sevən hər kəs bu mərasimin qeyd olunmasına qoşula bilər, ən azı ona görə ki, Əmin bəy Böyük Azərbaycanlı olsa da, o eyni zamanda Dünya miqyaslı böyük bir siyasi xadimdir!
Mən hər şeydən əvvəl Məhəmməd Əmin Rəsulzadənin ev muzeyinin təşkili təşəbbüsü ilə çıxış edən Azərbaycan elmi və tarixinin fədailəri və sadəcə olaraq vətənpərvər və minnətdar Azərbaycanlılara dərin təşəkkürümü bildirmək istəyirəm. Təsədufi deyil ki, bu təşəbbüs məhz Azərbaycanın qurucusunun ad günü ərəfəsində həyata keçirilir. Doğrudan da Məhəmməd Əmin Rəsulzadənin doğum günü onun irsi ilə bağlı edilənlər və ediləcəklər haqda danışmaq üçün ən münasib zamandır.
Heç kim üçün sirr deyil ki, bütün şüurlu həyatı boyu Əmin bəy böyük çətinliklər, davamlı müqavimət və hətta məğlubiyyətlərlə üzləşirdi. Cənab Rəsulzadənin kələkötürlü yolunda həmkarları ilə yanaşı eqoist, qısqanc, onun ideyalarını ümidsiz və uğursuz hesab edənlər, dünya siyasətinin balinaları arasında müstəqil olmağımızın mümükünsüzlüyünü bəyan edən, çox kiçik bir ölkə olduğumuzun və bu səbəbdən xalqımızın heç vaxt azad ola bilməyəcəyini bildirən etibarsız, ehtiyyatlı və ya qorxaq insanlar da var idi! O dövrün siyasi həqiqətlərini nəzərə alsaq, onların şübhə və inamsızlığını çətin olsa da, anlamaq mümkündür!
Lakin Məhəmməd Əmin Rəsulzadənin o çətin dövrlərdə təzyiqlərə, satqınlıqlara, hədələrə və s. baxmayaraq nümayiş etdiyi davranışı bütün Azərbaycanlılar üçün bir model, o vaxtdan bu günə qədər mənəvi dayanıqlıq nümunəsi oldu. O, yazdığı Azərbaycanın İstiqlal Bəyannaməsində göstərildiyi yoluna sadiq qaldı. O və onun silahdaşları, cəsur insanlar bilirdilər ki, azadlıq və azad hökumət institutları olmadan nə insan həyatı, nə də rifahı təhlükəsiz ola bilməz.
Onun böyük mübarizəsi bizə öyrətdi ki, fərdi azadlıq və mülkiyyət təhlükəsizliyi bütün dünyada hüquqların, azadlıqların və ədalətin təhlükəsizliyindən asılıdır.
Bu, əsl kişilər üçün dayanıqlıq təcrübəsindən keçmə zamanı idi və onlar - başda Məhəmməd Əmin Rəsulzadə olmaqla bu sınaqdan müvəffəqiyyətlə keçdilər, Azərbaycan adlı müstəqil ölkə yaratdılar, vətəndaşlara hürriyyət və bu istiqlaliyyəti qorumaq üçün nizamlı ordunu qurdular!
Bundan sonra bir çox ehtiyyatlı və şübhələnən adamlar onların tərəfinə keçdilər və Məhəmməd Əmin Rəsulzadənin siyasi iradəsi və rəhbərliyini, dövlətçilik idarəetmə bacarığını və Cümhuriyyət quruculuğuna yüksək qiymət verdilər və milli əhəmiyyət kəsb edən prosesslərin başında gördülər!
Bəs niyə Cümhuriyyətinin yaranmasından 100 il keçəndən sonra Azərbaycanın banisinə, onun irsinə lazımı münasibət yoxdur? Deyirlər böyük bir dağı görmək üçün ondan uzaqlaşmaq lazımdır – məgər 100 illik məsafə bizə hələ də Məhəmməd Əmin Rəsulzadənin Böyüklüyünü lazımi həcmdə nümayiş etmir? Sözsüz ki, görmə qabiliyyəti olanlar üçün edir. Bu gün Azərbaycan xalqı sosial şəbəkələrdə, aralarında paylaşma və məktublaşma səviyyəsində Əmin bəyin xatirəsini lazımi səviyyədə tutur və qoruyur, vətənpərvər tarixçilər onun irsini öyrənir, haqqında kitablar nəşr edir. Mənim rəhbərlik etdiyim ANS Televiziyası 25 il ərzində onun haqqında hər il reportajlar verir və ümumiyyətlə bir sıra sənədli filmlər çəkib və xalqa nümayiş edib. Lakin bunların hamısı Məhəmməd Əmin Rəsulzadənin qlobal irsi və gələcək nəsillər üçün geniş spektirli təbliğat və fundamental tədris üçün çox azdır, okeanda bir damcıdır.
Mən inanram ki, bu günki təşəbbüsün nəticəsi olaraq qəbul olunacaq Müraciət və Məhəmməd Əmin Rəsulzadənin adını əbədiləşdirmək üçün təkliflər əlaqəli dövlət qurumları və məmurlar tərəfindən diqqətlə araşdırılacaq və nəticə olaraq Azərbaycanın tarixi ilə ilk tanışlığını edən xarici və yerli tədqiqatçılar, tələbələr, hətta turistlər üçün kifayət qədər imkanlar yaradacaq. Bu vacib toplantıdan sonra da əlimizdən gələni etməliyik ki, bu günki təşəbbüs tək dövlət qurumları yox, bir çox vətəndaş, təhsil qurumlarını, ictimai və qeyri-hökumət təşkilatlarını, ticari müəssisə və birliklərini və ümumiyyətlə milli həyatımızı xarakterizə edən digər çoxsaylı fəaliyyətlərdə fəal dəstəyini əhatə etsin.
Bu işdə böyük rolu biz mediyaya ayırmalıyıq. Yuxarıda geyd etdiym kimi ANS Televiziyası və Radiosu bu sahədə çox işlər görürdü – “Keçmişə salam”, “Dahilərin Divanı”, “Açıq Söhbət”, “İstiqlaliyyətimizin yolu”, “Şəxsiyyət Vəsiqəsi”, “Nəzər Nöqtəsi” və onlarla digər veriliş və reportajlarda bu mövzuda demək olar ki, hər ay Azərbaycanın tanınmış tarixçiləri, filosofları, jurnalistləri və digər ictimai xadimləri debatlarda iştirak edərək tarixin üzünü də, astarını da xalq qarşısında müzakirə edərək millətə külli miqdarda vacib məlumat və mesajlar ötürürdülər. ANS bu gün də əlindən gələni edir, lakin Bir əldən, hətta bu əl ANS əli olsa belə çox səs çixmaz – bu işdə gurultulu alqışlar gərəkdir ki, heç olmasa bundan sonra gələcək nəsil bu səs küyü eşitsin.
Mən Azərbaycanın bu günki mediyasının vəziyyətindən xəbərdaram və bilirəm ki, oralarda bu kimi mövzular niyəsə popular deyil - amma mənim tövsiyyəm budur ki, jurnalistlərlə hər iş birliyi zamanı biz müxtəlif yollarla Məhəmməd Əmin Rəsulzadə haqda danışmalıyıq, onun yolu və rolu haqda informasiyaları kütlələrə çatdırmalıyıq!
Ürək üzücü bir faktdır ki, 100 il keçməsinə baxmayaraq nə Məhəmməd Əmin Rəsulzadə nə də ümumiyyətlə Azərbaycan Cümhuriyyətinin yaranması və mücadiləsi haqqında tam formatlı bədii film çəkilməyib. Düşünürəm artıq çox cildli kitab oxumağı sevməyən və yalnız təsvirli əyləncə kontenti ilə həyat sürən cavan çoxluğa vacib olan milli bilikləri onun istədiyi - asan həzm olan formatda, əsasən bədii film, serial və ya animasiya şəklilində təqdim olunsa, daha faydalı olar. Baxmayaraq ki, bu sahə çox maliyyətlidir lakin, bu sahədə işləmək zəruridir. Sizə yaxşı xəbərim var - ANS Şirkətlər Qrupu və Milli Qəhrəman Çingiz Mustafayev adına Fond artıq Məhəmməd Əmin Rəsulzadə və Azərbaycan Cümhuriyyətinin qurulması haqda tam metrajlı bədii film ssenarisini təsdiqləyib və bu il filmin çəkilişinə start veriləcək. Film, Avropanın bir çox ölkələrində hələ monarxiya olan dövrdə islam şərqində ilk Demokratik Cümhuriyyəti yaradan Məhəmməd Əmin Rəsulzadə və onun silahdaşları haqqındadır. Məhz bu kişilərin qeyrəti ilə alovlanan istiqlaliyyət alovu Türkiyə başda olmaqla digər islam dövlətlərinə sıçradı!
Mən bir daha bu fürsətdən istifadə edib Azərbaycan mediyasına müraciət edirəm ki, Məhəmməd Əmin Rəsulzadə, onun silahdaşları və ümumiyyətlə Azərbaycan Cümhuriyyəti və Millətinin yaranması mövzusuna çox yer ayırsınlar. Millətə köklərini tanıtmaq üçün bu gün siz vacib vasitəsiniz. Biz ANS olaraq bunu daim edirdik – Sizdə edin! Axı Sizin çoxunuz məhz ANS-in şinelindən çıxmısınız! Unutmayın - Kökündən bixəbər millətə tufan lazım deyil, onu qərb və ya şərqdən, cənub və ya şimaldan gələn meh də yıxa bilər! Və biz, Azərbaycan olaraq bunu bir neçə dəfə yaşamışıq. Müəyyən səbəblər nəticəsində 1918-ci ildə, Qafqazda Ermənistan dövlətinin qurulması üçün Azərbaycan Cümhuriyyəti onlara öz ərazisindən, daha konkret desək İrəvan şəhərinin də daxil olduğu Yeni Bəyazid və İçmiyədzin qəzalarını, cəmi 9 min kvadrat kilometrlik torpaq sahəsini güzəştə getdi. Bu gün Ermənistanın ərazisi 38 min kvadrat kilometrdir. Hələ bu əraziyə işğal olunmuş Qarabağ və ətraf rayonlarının torpaqları daxil deyil. Sual olunur - kimin hesabına Ermənistan bir əsrə ərazisini 4 dəfə genişləndirib. Bu sualın cavabı bizi artıq yatmağa qoymamalıdır, bizi oyatmalıdır, bizi savadlanmağa, güclənməyə, birləşməyə və millət kimi formalaşmağa məcbur etməlidir!
Çıxışımı yuxarıda haqqında bəhs etdiyim ANS Şirkətlər Qrupu və Milli Qəhrəman Çingiz Mustafayev adına Fondun ərsəyə gətirəcək bədii filmindən bir qısa fraqmentlə yekunlaşdırmaq istərdim. Bu 29 may 1918-ci ildə Batumdan Tiflisə Nəsib bəy Yusifbəyliyə zəng edən Məhəmməd Əmin Rəsulzadənin həmin hadisə ilə əlaqədar olan monoloqudur.
Filmdən bir parça:
“Hörmətli Nəsib bəy, Düşünürəm, bu müvəqqəti addımdır və mövcud şəraitdə darıxmamalıyıq – tüm "Siyavuş-gərd" torpaqları və ən əsası, neft yataqları bizə qaldı... Daş-kəsəyi isə müvəqqəti ermənilərə güzəşt etmək məcburiyyətindəyik. Əslində bizdən bunu soruşan da yoxdur – bu, regionda bu gün tam güc sahibi və xalqı bizə qardaş olan Osmanlı İmperiyasının qərarıdır... Cəmi doqquz min kvadrat kilometr, öz də dağlıq və əkinə yararsız ərazi. Əvəzində Zaqafqaziyada məskunlaşan və əsrlərlə sadəcə müsəlmanlar kimi tanınan toplumun müqəddaratı müəyyən olunacaq! Tüm müsəlman və türk dünyasının yararı və inkişafı üçün ilk demokratik dövlət yaranacaq...
Azərbaycan Cümhuriyyəti! Xalqımızın adı – nə tatar, nə müsəlman – Azərbaycanlı olacaq!
Ermənilərə müvəqqəti güzəşt etdiyimiz torpaqların əvəzində, mənsubiyyətimizi, mədəniyyətimizi, torpaqlarımızı qorumaq üçün Osmanlı ordusu bizə ordu qurmağa yardımçı olacaq və birlikdə bizim Azərbaycanı və ən əsası neftlə zəngin Bakımızı işğaldan azad edəcəyik. Neft – zənginlik və inkişaf deməkdir, əzizim. XX əsr – neft əsri olacaq və mən ümidvaram ki, biz və Azərbaycanın gələcək nəsilləri neftdən zənginləşib qüvvətlənərək, ərazilərimizin hamısını geri alacağıq. Buna heç şubhəniz olmasın, əzizim! Toplantı iştirakçılarına mənim alqışlı salamımı və təbriklərimi çatdir!


DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Füzulidə yol qəzasında qadın sürücünün beli sınıb
  2. Bakıda 68 yaşlı qadını avtomobil vurub
  3. Bakıda yol-nəqliyyat hadisəsi olub, xəsarət alan var
  4. Qaziantepdə ağır yol qəzasında 2 nəfər ölüb, 8 nəfər yaralanıb
  5. Bakıda yol qəzasında 6 və 8 yaşlı qardaşlar xəsarət alıblar
  6. Bakıda 41 yaşlı qadın yol qəzasında xəsarət alıb
  7. Tanzaniyada ağır yol qəzasında 4 nəfər ölüb, 16 nəfər yaralanıb
  8. Bakıda yolu keçən 33 yaşlı kişini avtomobil vurub
  9. Bakıda 28 yaşlı gənc yol-nəqliyyat hadisəsində xəsarət alıb
  10. Gəncədə avtomobil ağaca çırpılıb, xəsarət alanlar var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
DİM bu gün 500-dək şagird üçün əlavə imtahan keçirir
DİM bu gün 500-dək şagird üçün əlavə imtahan keçirir
Sentyabrın 8-də Dövlət İmtahan Mərkəzi (DİM) 2024-cü ildə keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə Ətraflı
Azərbaycan Haaqada 12-ci “Səfirliklər Festivalı”nda təmsil olunub
Azərbaycan Haaqada 12-ci “Səfirliklər Festivalı”nda təmsil olunub
Haaqanın mərkəzi meydanında 12-ci “Səfirliklər Festivalı” keçirilib. Festivalda Azərbaycan da daxil olmaqla 50 ölkə iştirak Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu