Главная > Kriminal > "Bandotdel" Bakıda əməliyyat keçirdi

"Bandotdel" Bakıda əməliyyat keçirdi


20-11-2020, 13:33. Разместил: azadses
Bakıda vətəndaşların külli miqdarda pulunu ələ keçirmiş şəxsə qarşı əməliyyat keçirilib.

''Azad Səs'' Sonxeber.az-a istinadən xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş müraciətlər əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində cari ilin fevral ayından oktyabr ayınadək olan müddətdə 4 Bakı şəhər və 1 Abşeron rayon sakinini aldadaraq onlardan ümumilikdə 45000 manat pul almaqda şübhəli bilinən paytaxt sakini Ç.Əliyev saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.


Вернуться назад