Главная > Kriminal > Lənkəran sakinindən narkotik götürülüb

Lənkəran sakinindən narkotik götürülüb


5-11-2020, 12:41. Разместил: azadses
Lənkəran şəhər sakini narkotik vasitə ilə saxlanılıb.
''Azad Səs'' Redaktor.az-a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında Lənkəran şəhəri ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini E.Abdullayev saxlanılıb.
Şəxsi axtarış zamanı ondan 1 kiloqramdan artıq heroin götürülüb.


Вернуться назад