Главная > Kriminal > Goranboydakı qətlin təfərrüatı

Goranboydakı qətlin təfərrüatı


6-08-2020, 08:28. Разместил: azadses
Goranboy rayonunda baş vermiş güllələnmə hadisəsi ilə bağlı bəzi təfərrüatlar bəlli olub.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu gecə rayonun Goran qəsəbəsində kənd sakini, 1986-cı il təvəllüdlü Zamanov Qərib Əfqan oğlu Goran qəsəbə sakini, 1983-cü il təvəllüdlü İmanova Gülbuta Gürzalı qızını güllələyərək öldürüb. Q.Zamanov onu atasından miras qalan 32 kalibrlı “IJ” markalı tüfənglə vurub.
Q.Zamanov qadının yaşadığı kəndə gələrək onu orada qətlə yetirib. İlkin məlumata görə, G.İmanova Q.Zamanov ilə sevgi münasibətində olub. Qətl də qısqanclıq zəminində baş verib.
Faktla bağlı araşdırma aparılır.

Вернуться назад