Главная > Kriminal > On min manatlıq qızılı dəyərindən ucuz satıb böldülər: Oğru dəstəsi ələ keçdi
On min manatlıq qızılı dəyərindən ucuz satıb böldülər: Oğru dəstəsi ələ keçdi13-08-2022, 10:21. Разместил: admin |
Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən qabaqcadan əlbir olaraq şəhər ərazisində yerləşən fərdi yaşayış evlərinin birindən 10 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlayan üç nəfərdən ibarət oğru dəstəsi saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, onların şəhər sakinləri Zahid İsmayılov, Pərviz Dəmirov və Murad Nəzirov olduqları müəyyən edilib. Dindirilmə zamanı həmin şəxslər törətdikləri cinayət əməlini etiraf edərək, evdən oğurladıqları qızıl-zinət əşyalarını Bakı şəhərində dəyərindən ucuz qiymətə satdıqlarını bildiriblər. Satışdan əldə olunan pullar isə dəstə üzvləri arasında bölünüb. Şöbə əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat tədbiri nəticəsində isə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Xeyrulla Babayev saxlanılıb. Onun yaşadığı ünvana keçirilən baxış zamanı külli miqdarda heroin və metamfetamin, eləcə də bir ədəd elektron tərəzi aşkarlanaraq götürülüb. Dindirilmə zamanı həmin şəxs narkotik vasitələrin ona məxsus olduğu etiraf edib. Faktlarla bağlı Şirvan ŞPŞ-də cinayət işləri açılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Вернуться назад |